Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:30

Tərtərdə xəsarət alanlardan biri vəfat edib


Yanacaqdoldurma məntəqəsi

Tərtər rayonunun Qaradağlı kəndindəki yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışda xəsarət alan Əsgər Məmmədli dekabrın 2-də vəfat edib.

Bu barədə Bakıdakı 5 Saylı Xəstəxanadan bildiriblər.

Məlumata görə, digər yaralı Seymur Rzayev isə hələ də reanimasiya şöbəsindədir, müalicəsi davam edir.

Noyabrın 29-da Tərtər rayonun Qaradağlı kəndindəki «PAT OIL» yanacaqdoldurma məntəqəsində baş verən partlayışda iki nəfərin ağır xəsarət aldığı deyilirdi. Onlar Bakıya gətirilərək 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilmişdi.

Səhiyyə Nazirliyi xəsarət alanlardan Ə.Məmmədlinin bütün bədən səthinin, S.Rzayevin isə bədəninin 70-80 faizinin yanması barədə məlumat yaymışdı.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, hadisə yanacaq daşıyan avtomobildən tutumu 60 ton olan yeraltı yanacaq çəninə benzin doldurularkən baş verib.

Çənin üst qapağında partlayış nəticəsində alışma başladığı, nəticədə çənin üst hissəsinin, onun üzərində quraşdırılmış elektrik kabellərinin yandığı qeyd olunur.

Multimedia

XS
SM
MD
LG