Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 17:31

Kosovonun serb deputatları tariflərə etiraz edir


Ramush Haradinaj Kosovo parlamentində çıxış edir

Kosovonun etnik serb azlığını təmsil edən deputatlar parlamentdən çıxmaqdan imtina ediblər. Onlar Priştinanın Serbiyadan idxal olunan məhsullara qoyulan 100 faizlik vergiyə etirazlarını bildiriblər.

Serb Siyahısı partiyasından 10 deputat dekabrın 2-də bildiriblər ki, binadan çıxmayacaqlar. Onlar Avropa Birliyinin Genişlənmə Komissarı Johannes Hahn ilə görüş istəyiblər.

Hahn dekabrın 3-də Priştinaya səfər edəcək. Deputatlar bəyanatlarında qeyd edirlər ki, komissara bunu deyəcəklər – bu tarif Kosovonun şimalında yaşayan etnik serblərə vacib məhsulların və ərzağın çatdırılmasını “praktik olaraq bloklayır”.

Kosovo hökuməti noyabrın 21-də tətbiq etdiyi 100 faizlik vergini Belqradın bu gənc respublikanın beynəlxalq səhnədəki cəhdlərini əngəlləməsinə cavab olaraq tətbiq etdiyini bildirib.

Ancaq bu addım Belqradın qəzəbinə səbəb olub. Avropa Birliyi və Birləşmiş Ştatlar tarifin ləğvinə çağırıb. Kosovonun şimalında əsasən etnik serblərin yaşadığı dörd bələdiyyənin sədrləri isə istefa verib.

Kosovonun Baş naziri Ramush Haradinaj beynəlxalq çağırışları rədd edərək Serbiya Priştinanın suverenliyini tanımayınca, qonşusuyla münasibətlərin normallaşmasına dair razılaşma əldə etməyincə tariflərin qüvvədə qalacağını bildirib.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib.

XS
SM
MD
LG