Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:03

Dünya Bankından 200 milyard dollarlıq sərmayə


Londonda iqlim dəyişikliyinə etiraz aksiyası, arxiv fotosu

Dünya Bankı bildirir ki, 2021-ci ildən 2025-ci ilədək qlobal iqlim dəyişikliyi ilə mübarizəyə 200 milyard dollarlıq sərmayə qoyacaq.

Bank bunu dekabrın 3-də açıqlayıb. Bu gün Polşanın Katoviç şəhərində BMT-nin iqlim konfransı başlanır. Bu arada dünyada istixana qazlarının azaldılması səylərinin yetərli olmadığı barədə xəbərdarlıqlar səslənməkdədir.

Polşada iki həftə çəkəcək sammitə 200-dən artıq ölkədən nümayəndə heyəti qatılır. Dünya Bankı isə investisiya vədinin “daha geniş qlobal ictimaiyyətə eyni cür davranmaq kimi vacib siqnal” göndərdiyini bildirib.

COP24 adlı konfransda 2015-ci il Paris razılaşmasının maliyyələşdirilməsi və icrası qaydaları işlənib hazırlanacaq. Həmin razılaşma əsrin sonunadək Yer kürəsində qlobal istiləşməni ortalama 1,5-2 dərəcə Selsi arasında saxlamağı hədəfləyir.

Paris sazişinə görə, istixana qazlarına görə məsuliyyət daşıyan daha zəngin ölkələr inkişaf etməkdə olan ölkələrə maliyyə ayırmalıdırlar ki, onlar iqtisadiyyatlarını iqlimə ziyan vurmadan inkişaf etdirsinlər.

ABŞ Prezidenti Donald Trump bu sazişdən çıxıb və bu da gərəkən vəsaitin çatışmazlığı sarıdan narahatlıq yaradıb.

Pul daha çox yoxsul ölkələrdə mədən yanacağının bərpaolunan enerjiylə əvəzlənməsinə sərf olunur.

XS
SM
MD
LG