Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 08:23

Rusiyalı jurnalistin ‘şübhəli davranışı’ Britaniyanı hərəkətə gətirib


Skripalların zəhərləndiyi Solsberi şəhəri, iyul, 2018-ci il
Skripalların zəhərləndiyi Solsberi şəhəri, iyul, 2018-ci il

Britaniyanın Müdafiə naziri Gavin Williamson ictimaiyyəti hərbi obyektlər yaxınlığında şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb. Səbəb rusiyalı jurnalistin yüksək həssas hərbi obyekt qarşısında özünü “şübhəli” aparmasıdır. Məlumatı dekabrın 2-də “The Mall” qəzeti yayıb.
Rusiyanın Birinci Kanal dövlət televiziyasının əməkdaşı Timur Siraziev Berkşir qraflığında yerləşən 77-ci Briqadanın tikanlı sərhədinə yaxınlaşaraq çəkiliş edib. Xəbərdarlıq da bundan sonra edilib.

Telejurnalist elektron və psixoloji hərbi əməliyyatlar üzrə ixtisaslamış bazaya girmək niyyəti olmadığını deyib.

Ancaq 77-ci briqadanın təhlükəsizlik kameraları Birinci Kanalın London bürosunun rəhbəri olan Siraziev-in noyabrın 21-də dəfələrlə bu obyektin yanından keçdiyini, avtomobilindən isə bir operatorun çəkiliş apardığını qeydə alıb.

Daha sonra Birinci Kanalın yaydığı reportajda da Siraziev-in bazanın girişinə doğru gedərək kameraya danışdığını göstərib.

Birinci Kanalın "Vremya" proqramının studiyası
Birinci Kanalın "Vremya" proqramının studiyası

Bu insident Qərblə Rusiya arasında gərginliyin yüksəldiyi dönəmə düşür. Moskvanın Ukrayna ərazisində təcavüzkar hərəkətləri, Birləşmiş Ştatlar və Avropada seçki müdaxilə iddiaları, irimiqyaslı kiberhücumlar, Britaniyada rusiyalı keçmiş agent və qızının zəhərlənməsi Qərbi Rusiyaya sanksiyalar qoymağa məcbur edib.

XƏBƏRDARLIQ

“The Mall”un yazmasına görə, təhlükəsizlik rəhbərləri insident üzrə təhqiqata başlayıblar. Ordu rəhbərləri isə Britaniyanın hərbi obyektlərinin hamısının komandirlərini təhlükəsizlik xəbərdarlığı ediblər.

Bazalarımızın və heyətlərimizin təhlükəsiyliyinə ciddi yanaşırıq”, – Williamson deyib.

Gavin Williamson
Gavin Williamson

Siraziev isə Rusiyanın RIA Novosti dövlət xəbər agentliyinə deyib ki, televiziya əməkdaşları ictimai ərazidə işləyiblər, “bazaya girməyə cəhd etməyiblər”.

Nəzarət məntəqəsinə yaxınlaşıb özümü təqdim etdim və danışmaq istədiyimizi dedim”, – o söyləyib.

Williamson oktyabrda Rusiyanı özünü “izqoy dövlət” kimi aparmaqda sulayıb, “ehtiyatsız və azğın” hərəkətlərinin onu beynəlxalq ictimaiyyətdən təcrid etdiyini deyib.

Rusiya keçmiş agent və qızının zəhərlənməsində əli olmadığını dəfələrlə dilə gətirib.

Sergei Skripal və qızı Yulia Sovet İttifaqında hazırlanmış Novichok sinir qazıyla zəhərləniblər. Onlar sağ qalsalar da, sinir qazıyla təmasda olmuş daha iki britaniyalıdan biri dünyasını dəyişib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG