Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:33

ABŞ Avropanı İran üzərinə yeni sanksiyalar qoymağa çağırır


Xüsusi səfir Brian Hook Vaşinqtonda saxlanan İran raket qalıqlarının ekspozisiyasında
Xüsusi səfir Brian Hook Vaşinqtonda saxlanan İran raket qalıqlarının ekspozisiyasında

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brian Hook Avropa İttifaqını İran üzərinə onun ballistik raket proqramı ilə bağlı yeni sanksiyalar qoymağa çağırıb.

Hook-un dekabrın 3-də səsləndirdiyi bu bəyanatdan iki gün əvvəl ABŞ dövlət katibi Mike Pompeo onun təbirincə deyilərsə, İranın “çox sayda nüvə başlığı daşımaq” və Avropa və Yaxın Şərqin bir sıra yerlərini vurmaq qabiliyyəti olan ortamənzilli ballistik raketlərinin sınaqlarını” pisləmişdi.

İran hərbiyyəsi bildirir ki, Qərbin narazılığına baxmayaraq raket sınaqlarını davam etdirəcək.

Pompeo və Hook-un bəyanatları Vaşinqtonla Tehran arasında gərginliyin yüksək həddə çatdığı bir vaxta təsadüf edir.

ABŞ prezienti Donald Trump-ın administrasiyasıbildirib ki, İranın raket istehsalı və Yaxın Şərqdəki qruplaşmaları silhalandırması kimi “ziyanlı fəaliyyəti” ilə bağlı Tehranın üzərinə genişmiqyaslı təzyiq göstəriləcək.

Tehran öz raket proqramını Qərblə danışıqlar masasına çıxarmaq çağırışlarını dəfələrlə rədd edib. İran bildirir ki, onun raket qüvvələri yalnız müdafiə məqsədi daşıyır.

Pompeo-nun təyyarəsində Brüsselə - NATO nazirlərinin görüşünə yollanan Hook jurnalistlərə deyib ki, ABŞ Avropa İttifaqının İranın raket proqramını hədəfləyən sanksiyalar qoymasını istəyir.

ABŞ səfiri deyib ki, Trump-ın İran üzərinə “maksimum təzyiq” siyasəti, ona daha çox ölkənin qoşulduğu təqdirdə səmərəli ola bilər:

"Bu çox böyük və artmaqda olan təhlükədir və təkcə Avropa yox, dünya boyunca ölkələr İranın raket proqramını hədəfləmək üçün əllərindən gələni etməlidirlər”.

O əlavə edib ki, NATO üzrə müttəfiq ölkələr İranın raket proqramında mühüm rol oynayan fərdləri və şirkətləri hədəfləmək təklifinə müsbət yanaşıblar.

***

İran ordusu bildirir ki, Birləşmiş Ştatların pisləməsinə baxmayaraq, raket sınaqlarını davam etdirəcək.

Raket sınaqları… ölkənin müdafiəsi və özünü saxlaması üçün həyata keçirilir və bunu davam etdirəcəyik”, – İran silahlı qüvvələrinin sözçüsü, briqada generalı Abolfazl Shekarchi deyib. Onun dediklərini dekabrın 2-də yarırəsmi Tasnim agentliyi yayıb.

Sözçünün deməsinə görə, İran “raketləri həm hazırlamağı, həm də sınaqdan keçirməyi davam etdirəcək” və bu fəaliyyət “nüvə danışıqları çərçivəsindən kənardır, milli təhlükəsizliyimin bir hissəsidir, buna görə heç bir ölkədən icazə almayacağıq”.

BMT-NİN QƏTNAMƏSİ “POZULUR”

Bu bəyanatdan bur gün öncə ABŞ Dövlət katibi Mike Pompeo İranın “çoxsaylı nüvə başlığı daşımağa qadir” ortamənzilli ballistik raketləri sınaqdan keçirməsini pisləyib.

Mike Pompeo
Mike Pompeo

Bu raket Avropanın bəzi yerlərini, Yaxın Şərqdə istənilən nöqtəni vurmağa qadirdir”, – Pompeo dekabrın 1-də yaydığı bəyanatda deyib.

Bu sınaq BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin pozulması deməkdir. Həmin qətnamə İranın nüvə silahları daşımaq üçün hazırlanmış ballistik raketlərlə bağlı fəaliyyətini qadağan edir”, – bəyanatda deyilir.

Pompeo xəbərdarlıq edib ki, İran “raket fəaliyyətini genişləndirir” və bunu dayandırsın.

ABŞ-ın milli təhlükəsizlik müşaviri John Bolton isə dekabrın 2-də tvitində yazıb ki, “İran elə təzəlikcə İsrail və Avropanı vura biləcək ballistik raketi sınaqdan keçirib. Bu provokativ davranışa dözmək olmaz”.

Shekarchi ölkəsinin yeni raketi sınaqdan keçirməsi barədə bir söz deməyib.

ABŞ Prezidenti Donald Trump mayda İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb və Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. Trump administrasiyası sanksiyaların Tehranın raket hazırlanması və Yaxın Şərqdə silahlı qrupları dəstəkləməsi kimi “ziyanlı fəaliyyəti”ni önləmək məqsədi güddüyünü deyir.

Tehran isə raket proqramı üzrə danışıqları rədd edir, raketlərin yalnız müdafiə məqsədilə hazırlandığını deyir.

İran müdafiə silahlarından əl çəkməyəcək… Amerikanı qəzəbləndirən raketlər də buraya daxildir”, – Prezident Hassan Rohani sentyabrda deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG