Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:44

Ukrayna ‘Almaniyaya, müttəfiqlərə’ bir daha müraciət edir


Petro Poroshenko

Ukrayna Prezidenti Petro Poroshenko bir daha “Almaniya və müttədiqlərinə” müraciət edib, onları Rusiyanı çəkindirməkdən ötrü Qara dənizdə donanma qüvvələrini gücləndirməyə çağırıb.

Poroshenko dekabrın 2-də Almaniyanın Funke Media Qrupuna müsahibəsində deyib ki, “bizə Rusiyanın təcavüzkar davranışına qarşı güclü, birgə və birmənalı reaksiya gərəkdir”.

O, Rusiyanın Ukraynayla sərhədi boyunca xeyli sayda qoşun topladığını bir daha dilə gətirib.

“Moskva işğal etdiyi Donbasdan işğal etdiyi Krıma torpaq dəhlizi açmaq, bunu Mariupol və Berdyanks liman şəhərlərini blokadaya almaqla etmək istəyir”, – Poroshenko deyib. Bu limanlar Ukraynanın Azov dənizi sahilində yerləşir.

Noyabrın 25-də Rusiya qüvvələri Qara dənizdə Ukraynanın 3 gəmisini və 24 dənizçisini ələ keçirib. Bundan sonra Kiyevlə Moskva arasındakı gərginlik daha da artıb.

Tərəflər bir-birini Kerç boğazındakı toqquşmaya görə ittiham edir.

XS
SM
MD
LG