Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:41

Hüquq müdafiəçisi ailəsinin hədələndiyini bildirir


Avtandil Məmmədov və anası Məlahıt Məmmədova

Hüquq müdafiəçisi Avtandil Məmmədovun anası Məlahət Məmmədova deyir ki, kürəkəni Vüqar Məmmədquliyev dekabrın 2-də, bazar günü yenidən Quba Rayon Polis İdarəsinə çağrılıb. Ona polisə çağrılmasının səbəbini söyləməyiblər. Ancaq Vüqar Məmmədquliyevə deyiblər ki, rəis dekabrın 3-də işdə olacaq, bazar ertəsi gəlsin.

Bu haqda AzadlıqRadiosuna danışan Məlahət Mürşüdovanın sözlərinə görə, kürəkəni Vüqar Məmmədquliyev bir gün öncə də polisdə olub, ona orda hədə-qorxu gəliblər:

“Əgər Avtandil susmasa, kürəkənimi evinə silah, narkotika qoyacaqları ilə hədələyiblər. Eyni hədəni oğlum Bahadır Məmmədova da edirlər. O da deyirdi ki, daha dözərə bilmir, evini də, ailəsini də yandıracaq, bəlkə onda bu polislər əl çəkə”.

Quba rayonunun Rustov kəndində yaşayan Məmmədovlar ailəsi hazırda evlərinin polis nəzarətində olduğunu, evdən çıxmağa ehtiyat etdiklərini bildirirlər.

Məlahət Məmmədova söyləyib ki, o, hara şikayət edəcəyini bilmir:

“Əgər bizi qorumalı olan polis narkotika, yaxud silahla bizi qorxudurlarsa, daha dərdimizi kimə deyək?!”.

Məmmədovlar ailəsinin dediklərinə hələlik hüquq mühafizə orqanlarından açıqlama almaq mümkün olmayıb.

Xatırlatma

Avtandil Məmmədov 2008-ci ildən yerli QHT-lərdə çalışıb. O, bir müddət İşgəncələrə Qarşı Azərbaycan komitəsinin Şimal bölgəsi üzrə nümayəndəsi, daha sonra sədr müavini olub.

Şimal bölgəsində çalışdığı dövrdə bir neçə dəfə polis tərəfindən saxlanıldığı bildirilir.

O, 2011-ci ildən bəri Helsinki Vətəndaş Assambleyasinin Azərbaycan Milli Komitəsinin Quba-Xaçmaz rayonları üzrə təmsilçisi olub.

Həmin vaxt baş vermiş Quba olayları zamanı polis tərəfindən saxlanılan A.Məmmədov ötən ilin əvvəlində Azərbaycanı tərk edib.

Gürcüstana sığınan A.Məmmədov hökumətin basqılarına məruz qaldığını deyir.

Noyabrın 30-da Gürcüstana getmək istəyən anası ölkədən çıxışına qadağa qoyulduğunu bildirir.

Multimedia

XS
SM
MD
LG