Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:50

Alman-Azərbaycan biznes dialoqu keçirilib


Foto arxiv

Berlində 1-ci Almaniya-Azərbaycan Biznes Dialoqu keçirilib.

İqtisadiyyat Nazirliyinin dekabrın 1-də yaydığı məlumata görə, dialoqda 100-dən çox Azərbaycan və Almaniya şirkətinin təmsilçisi iştirak edib. Tədbirdə iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi, potensial tərəfdaşlarla ikitərəfli əlaqələrin qurulmasının və biznes imkanlarının müzakirə edildiyi bildirilir.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov tədbirdə deyib ki, Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payı 70%-dən çoxdur. Üstəlik, bu ilin 9 ayında ticarət dövriyyəsi 80% artıb.

“Azərbaycanda alman kapitallı 200-dən çox şirkət qeydiyyatdan keçib. Almaniya tərəfindən Azərbaycana 560 milyon dollar həcmində sərmayə yatırılıb ki, bunun 96%-i qeyri-neft sektorunun payına düşür”, - nazir müavini məlumat verib.

Tədbir çərçivəsində energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, əczaçılıq, kimya, maşınqayırma və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG