Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:44

İlham Əliyev Corc Buşun vəfatı ilə əlaqədar başsağlığı verib


İlham Əliyev

Prezident İlham Əliyev ABŞ-ın keçmiş prezidentlərindən ata Corc Buşun vəfatı ilə əlaqədar ABŞ prezidenti Donald Trampa başsağlığı göndərib.

“ABŞ-ın 41-ci prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, başsağlığında deyilir.

İ.Əliyev mərhum C.Buşun oğlu ABŞ-ın 43-cü prezidenti Corc Uoker Buşa da başsağlığı məktubu ünvanlayıb.

ABŞ-ın 41-ci prezidenti Böyük Corc Buş 95 yaşında vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG