Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:58

Yaşayış minimumu 7 manat artdı


Maaş və pensiyalar nə qədər artsın?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Maaş və pensiyalar nə qədər artsın?

Bu gün, noyabrın 30-da Milli Məclis 2019-cu ilin ehtiyac meyarı və yaşayış minimumunu yekun-üçüncü oxunuşda təsdiqləyib.

«2019-cu il üçün ehtiyac meyarının həddi haqqında» qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin olunması məqsədilə gələn il üzrə ehtiyac meyarının həddi 143 manat müəyyən edilib.

Bununla yanaşı, yaşayış minimumu ölkə üzrə 180 manata çatdırılıb. Bu, əməkqabiliyyətli əhali üzrə 191 manat, pensiyaçılarda 149 manat, uşaqlardan ötrü isə 160 manat müəyyənləşib.

Bu il Azərbaycanda yaşayış minimumu bundan cəmi 7 manat az, 173 manat idi. 2017-ci ildə isə Azərbaycan üzrə yaşayış minimumu 155 manat müəyyən edilmişdi.

2018-ci ildə Azərbaycanda yaşayış üzrə ehtiyac meyarının həddi isə 130 manat olmuşdu.

Xatırlatma

Noyabrın 30-da Milli Məclisdə Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi də təsdiqlənib. Dövlət büdcəsinin gəlirləri 23 mlrd. 168 mln., xərcləri 25 mlrd. 190 mln. manat olub.

Multimedia

XS
SM
MD
LG