Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:28

Əliyev Zurabişvilini təbrik edib


İ.Əliyev

Azərbaycan dövlət başçısı İlham Əliyev Salome Zurabişvilini Gürcüstanın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib.

«Azərbaycan ilə Gürcüstanı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı etimad, dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik», - deyə məktubda vurğulanır.

Noyabrın 28-də Gürcüstanda prezident seçkisinin ikinci turu keçirilib. Bu ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin nəticələrə görə, hakim siyasi qüvvənin namizədi S.Zurabişvili seçkini udub. Onun səslərin 60 faizə yaxınını qazandığı bildirilir.

Müxalifətçi Qriqol Vaşadzenin isə 40 faizdən azacıq çox səs qazandığı deyilir.

Beləliklə, S.Zurabişvili Qafqazda ilk xanım prezident olur.

Multimedia

XS
SM
MD
LG