Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:39

E.Məmmədyarov Meksikaya gedib


E.Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarına işgüzar səfər edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 30-da yaydığı məlumatda bildirilir.

Məlumata görə, səfər çərçivəsində nazir E.Məmmədyarovun Meksikanın yeni seçilmiş prezidentinin inauqurasiya mərasimində iştirakı nəzərdə tutulur.

Bununla yanaşı, E.Məmmədyarovun bir-sıra ikitərəfli görüşlər keçirməsi də gözlənir.

Meksikada prezident seçkisi bu il iyul ayında keçirilib. 64 yaşlı solçu Andres Manuel Lopes Obrador qələbə qazanıb. O, siyasi fəaliyyətə yerli hinduların hüquqlarının müdafiəçisi kimi başlayıb.

Multimedia

XS
SM
MD
LG