Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:44

Əfqanıstana raket zərbəsində 23 dinc sakin həlak olub


Əfqanıstanda daha bir partlayış, arxiv fotosu

Bu həftə Əfqanıstanın cənubuna raket zərbəsində 23 dinc sakin həlak olub. Bunu BMT-nin Əfqanıstandakı Yardım Missiyası (UNAMA) deyir.

Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi dəstək missiyasının bildirməsinə görə, noyabrın 27-də Garmsir bölgəsində ABŞ müşavirləri Taliban silahlıları tərəfindən atəşə tutulub və raket zərbəsi endirilməsini istəyib. Amma quru qüvvələrinin ərazidə, yaxud yaxınlıqda hər hansı dinc sakinin varlığından xəbəri olmadığı bildirilir.

Yerli rəsmilər deyirlər ki, zərbə bir evi vurub, azı 30 dinc sakin öldürülüb.

Helmand valisi Mohammad Yasin Khan-ın sözlərinə görə, əfqan qüvvələr Taliban yaraqlılarna raket zərbəsi endirməyə çağırıb, həm dinc sakinlər, talibançılar arasında itki baş verib.

Amma UNAMA noyabrın 29-da yaydığı bəyanatda “qurbanlarının əksəriyyətinin qadınlar və uşaqlar olduğunu" deyir.

BMT ötən ay bildirib ki, ilin ilk 9 ayı ərzində dinc sakinlər arasında ölüm halları 2009-cu ildən bəri istənilən illik göstəricidən yuxarıdır.

XS
SM
MD
LG