Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:47

Türkiyə Rusiya-Ukrayna böhranında ‘vasitəçilik edə bilər’


Recep Tayyip Erdogan (solda) və Vladimir Putin, arxiv fotosu
Recep Tayyip Erdogan (solda) və Vladimir Putin, arxiv fotosu

Rusiyayla Ukrayna arasında gərginliyin azaldılması üçüm Türkiyə vasitəçiliyi üzərinə götürə bilər. Bunu Türkiyə Prezidenti Recep Tayyip Erdogan deyir. Qeyd edək ki, noyabrın 25-də Rusiya Krım yaxınlığında Ukraynanın üç gəmisini və 20-dən çox dənizçisini ələ keçirib.

2016-cı ilin ortalarından Ankaranın Moskvayla münasibətləri yaxşılaşıb və bu da bəzən Qərbi narahat edib. Türkiyə Suriya münaqişəsinin həlli üzrə Rusiyayla sıx əməkdaşlıq edir, Rusiyadan təkmil havadan müdafiə sistemləri alır.

Erdogan həmçinin Türkiyənin Ukraynayla münasibətlərinin tarixən güclü olduğunu da daim vurğulayıb.

“VASİTƏÇİLİK EDƏ BİLƏRİK”

Vasitəçilik edə bilərik və bunu hər iki tərəflə müzakirə etmişik”, – Erdogan İstanbul aeroportunda jurnalistlərə deyib. O, Argentinaya Böyük 20-liyin sammitinə yola düşüb.

Petro Poroshenko
Petro Poroshenko

Çərşənbə günü Erdogan rusiyalı həmkarı Vladimir Putin və Ukrayna Prezidenti Petro Poroshenko ilə intensiv telefon danışıqları aparıb. Erdogan ABŞ Prezidenti Donald Trump ilə də telefonda danışıb.

Danışıqlar zamanı həm cənab Putin, həm də cənab Poroshenko xahişlərini çatdırdılar. Ukraynanın tələblərini Argentinadakı görüşdə cənab Puinə çatdıracağıq”, – deyən Erdogan məsələnin Buenos Ayresdə Trump ilə danışıqlarda da müzakirə olunacağını deyib.

Türkiyə Qara Dənizdəki qonşuları arasında münaqişənin qızışmasını, bunun regionda sabitsizliyi artırmasını istəmir.

Moskva və Kiyev son insidentə görə bir-birini ittiham edir. Poroshenko çərşənbə günü xəbərdarlıq edib ki, “tammiqyaslı müharibə” təhlükəsi var və ölkədə 30 günlük hərbi vəziyyətlə bağlı sərəncam imzalayıb.

Kiyev gəmilərini və dənizçilərini geri tələb edir.

Rusiya 2014-cü ildə Krımı qanunsuz ilhaq edib və Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG