Keçid linkləri

Təcili xəbərlər
2019, 27 İyun, Cümə axşamı, Bakı vaxtı 12:30

Kosovonun tarifləri ‘durumu yalnız çətinləşdirir’


Federica Mogherini (ortada), Hashim Thaci (sağda) və Serbiya prezidenti Aleksandar Vucic Brüsseldə görüş zamanı, arxiv fotosu

Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini Kosovonu Serbiya və Bosniya-Herseqovinadan idxala tətbiq etdiyi 100 faizlik vergini ləğv etməyə çağırıb. O, tariflərin “durumu daha da çətinləşdirdiyini” vurğulayıb.

Mogherini noyabrın 28-də Kosovo Prezidenti Hashim Thaci-yə telefon zəngində deyib ki, rüsumlar “adamların problemlərini, yaxud Kosovonun indi və gələcək üçün planlarını heç cür həll eləmir”.

Noyabrın 11-dən Priştina Belqradın bu gənc respublikaya beynəlxalq səhnədə “zərbə vurmaq” cəhdlərinə cavab olaraq 100 faizlik vergi qoyub.

Bu addım Belqrad və Sarayevonun qəzəbli reaksiyasına səbəb olub. Avropa Birliyi və Birləşmiş Ştatlar isə bu tarifləri ləğv etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG