Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Trump keçmiş köməkçinin əfvini istisna etmir


Paul Manafort
Paul Manafort

ABŞ Prezidenti Donald Trump deyir ki, keçmiş kampaniya sədri Paul Manafortu əfv etməyi istisna etməzdi. Manafort bu həftə yenidən Rusiya istintaqının hədəfinə gəlib.

Trump “New York Post”da noyabrın 28-də dərc olunmuş müsahibəsində deyib ki, Manafortun əfvini “müzakirə” etməyib, amma “bu variantı kənara qoymuram. Niyə kənara qoymalıyam?”

Manafort bu yay bank və vergi fırıldağında təqsirli bilinib. Sentyabrda o, xüsusi prokuror Robert Muellerin irəli sürdüyü çirkli pul yuma və gizli fəaliyyətlə bağlı ittihamlar üzrə özünü təqsirli bilib. Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilə iddialarını, Trump-ın seçki kampaniyasının Moskvayla mümkün iş birliyini araşdırır.

“ŞƏXSİ ALƏT DEYİL”

69 yaşlı Manafort prokurorlarla əməkdaşlıq razılaşması imzalamışdı. Amma Mueller noyabrın 26-da ABŞ məhkəməsinə bildirib ki, Manafort prokurorlarla dəfələrlə yalan danışmaqla sazişi pozub. Beləliklə, Manafort illər, hətta on illərlə həbs cəzasına məhkum edilə bilər.

Donald Trump
Donald Trump

Manafort yalan danışdığını, razılaşmanı pozduğunu inkar edib, amma özünə qarşı hökmün dərhal çıxarılmasına da razılaşıb. Keçmiş prokurorların deməsinə görə, əfv olunmasa, o, həyatının qalan hissəsini həbsdə keçirə bilər.

Trump Rusiyayla işbirliyinə dair deyilənləri dəfələrlə təkzib edib, Mueller-in istintaqını “əcinnə ovu”, özünü isə “çox yaxşı insan” adlandırıb.

Prezident indiyədək aydın şəkildə deyib ki, Ağ evə sadiq qalanları əfv etməyi nəzərdən keçirəcək. Manafortdan başqa Trump-ın bir neçə keçmiş köməkçisinə də ittihamlar irəli sürülüb.

Senatın kəşfiyyatı komitəsinin aparıcı demokrat üzvü isə deyib ki, Trump Manafortu əfv edərsə, bu, “hakimiyyətdən kobud və qəbuledilməz dərəcədə sui-istifadə olar”.

Senator Mark Warner tvitində yazıb ki, prezidentin əfv səlahiyyəti Trump-ın “özünü və dostlarını” qoruması üçün “şəxsi alət” deyil.

ABŞ kəşfiyyat agentliklərinin qənaətinə görə, WikiLeaks saytının seçkidən bir neçə həftə öncə yaydığı, demokratların qurumlarından hakerliklə əldə olunmuş materialın mənbəyi Rusiya olub. Demokratların namizədi Hillary Clinton Trump-a gözlənilməz məğlubiyyətinə görə həmin məlumat sızmasını da suçlamışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG