Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 07:41

BŞİH-də qışa hazırlıq müşavirəsi


Bakı Şəhər İcra Hakimiyyəti

Bu gün, noyabrın 28-də Bakı Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq ilə bağlı müşavirə keçirilib. Müşavirədə Bakının rayonlarının icra hakimiyyətləri başçıları, əlaqəli qurumların rəhbərləri iştirak ediblər.

BŞİH-dən «Turan» agentliyinə verilən məlumata görə, müşavirədə bildirilib ki, qışa hazırlıqla əlaqədar xüsusi qərargah yaradılıb.

Qeyd edilib ki, «Azəriqaz», «Azərişıq», «Azərsu» açıq səhmdar cəmiyyətləri, Bakı Su Kanalı İdarəsi və başqa qurumlarda da qışa hazırlıq çərçivəsində tədbirlər planları hazırlanıb.

Müşavirədə yaşayış binalarının lift təsərrüfatlarının durumunun xüsusi müzakirə olunduğu bildirilir. Məlumat verilib ki, paytaxtın lift təsərrüfatının yenilənməsi ilə bağlı yeni layihə hazırlanıb. Yeniləmə tədbirlərinin fevral-mart aylarında reallaşacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG