Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:31

Ağ evdən Kosovo çağırışı


John Bolton

Birləşmiş Ştatların milli təhlükəsizlik müşaviri John Bolton Kosovo və Serbiyanı uzun müddətdir davam edən mübahisələrini yoluna qoymağa çağırıb. Ötən həftə Priştina Serbiya məhsullarına 100 faizlik vergi qoyunca tərəflər arasında gərginlik daha da artıb.

Kosovo və Serbiyanın razılaşma əldə etməsinin vaxtı çatıb”, – Bolton noyabrın 27-də ağ evdə Kosovo prezidenti Hashim Thaci ilə görüşdən sonra tvitində yazıb.

Bolton onu da deyib ki, Birləşmiş Ştatlar “tərəflərin bu tarixi məqsədə çatmasına yardım etməyə hazırdır”.

Hər iki ölkə dialoq üçün yaranmış tarixi fürsəti qaçırmamalıdır”, – Thaci yazıb, bununla Kosovonun NATO, Avropa Birliyi və BMT-yə üzv olmaq səylərinə təkan veriləcəyini vurğulayıb.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqillik əldə edib. Onu 110-dan çox ölkə tanısa da, Serbiya bundan imtina edib.

Hər iki ölkəyə bildirilib ki, AB-yə üzv olmaq istəyirlərsə, fikir ayrılıqlarını həll etməlidirlər.

XS
SM
MD
LG