Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

Ukraynada prezident seçkisi martın 31-nə təyin olunub


Petro Poroshenko

Ukraynada prezident seçkisi 2019-cu il martın 31-nə təyin olunub.

Seçkinin tarixi parlamentin spikeri Andriy Parubiy-un noyabrın 28-də imzaladığı qətnamədə müəyyənləşdirilib. Bu haqda Verkhovna Radanın vebsaytında məlumat yerləşdirilib.

Noyabrın 26-da Ukrayna parlamenti 10 regionda hərbi vəziyyət elan etdi. Prezident Petro Poroshenko seçkinin təxirə salınmayacağı vədini vermişdi.

Hərbi vəziyyət Rusiya, yaxud Moldovanın Moskvanın dəstəklədiyi Dnestryanı region ilə həmsərhəd bölgələrdə elan olunub. Noyabrın 25-də Rusiya Krım yaxınlığında qarşıdurma zamanı Ukraynanın üç gəmisini və heyət üzvlərini saxlayıb.

Tənqidçilər deyirdilər ki, reytinqi aşağı düşmüş Poroshenko seçkini təxirə sala bilər.

XS
SM
MD
LG