Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 07:28

Deputat: 'Şəffaflıq gömrükdən daxilolmaları artırıb'


V.Əhmədov

«2019-cu il üzrə büdcə layihəsində proqnozlaşdırılan gəlirlər və xərclərinin artırılması məsələsi Mili Məclisin komitələrinin iclaslarında dəfələrlə müzakirə olunmuşdu».

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov büdcənin gəlir və xərclərinin artırılması ilə bağlı hökumətin yeni təkliflərini dəyərləndirərkən deyib. Onun sözlərinə görə, Maliyyə Nazirliyi də bu müzakirələri nəzərə alaraq büdcənin gəlir və xərclərinin artırılmasını mümkün sayıb.

Noyabrın 27-də parlamentdə çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib ki, artım əsasən gömrük komitəsi xətti ilə daxilolmalar hesabına təmin ediləcək. Deputat V.Əhmədov da iddia edir ki, artıq görülən islahatlar nəticəsində gömrük sahəsində şəffaflıq yaranıb: «Həmin şəffaflıq gömrük xətti ilə daxilolmaların artmasına imkan verib. Büdcənin gəlir və xərclərinin artırılması məsrəfləri də bu kanalla təmin edilir».

Xatırlatma

Milli Məclisin noyabrın 27-də keçirilən toplantısında maliyyə naziri deyib ki, 2019-cu il üzrə Azərbaycanın dövlət büdcəsi gəlirləri və xərcləri artırılır.

Nazir vurğulayıb ki, ilkin proqnoza nisbətən gəlirlərin 251 mln. manat artırılaraq 23 mlrd. 168 mln. manata, xərclərin isə 410 mln. manat artırılaraq 25 mlrd. 190 mln. manata çatdırılması düşünülür. Halbuki, bəzi ekspertlər son aylar neftin qiyməti ucuzlaşdığından bunun baş verəcəyini gözləmirdilər. Azərbaycan büdcəsinin yarıdan çoxu neftdən birbaşa və dolayı gələn vəsaitlər hesabına formalaşır. Üstəlik, bəzi ekspertlər gömrükdə şəffaflığın yarandığı ilə bağlı açıqlamalara şübhə ilə yanaşırlar.

Multimedia

XS
SM
MD
LG