Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:29

Putin Kiyevi ittiham edir


Ukraynada sağçı fəalların etiraz aksiyası

Rusiya Prezidenti Vladimir Putin son qarşıdurmaya görə Kiyevi ittiham edib, deyib ki, Ukrayna gəmiləri qəsdən toqquşma yaradıb, məqsəd seçki öncəsi Prezident Petro Poroshenko-nun populyarlığını qaldırmaqdır.

Putin noyabrın 28-də biznes forumunda çıxış edib. O, Rusiyanın iddiasını bir daha dilə gətirib, deyib ki, Ukraynanın üç gəmisi Rusiya sularına keçib. Kiyev isə bu ittihamı rədd edir. Putin bunu adi sərhəd insidenti, Ukraynanın 10 regionunda hərbi vəziyyət elan olunmasını şişirdilmiş reaksiya adlandırıb.

***

Rusiya Krımın müdafiəsini gücləndirəcəyini deyir

Rusiya noyabrın 28-də bildirib ki, Krımın müdafiəsini regiona əlavə təyyarə əleyhinə raketlər yerləşdirməklə gücləndirəcək. Moskva regionu 2014-cü ildə ilhaq edib. Ukrayna iki gündür Rusiyayla həmsərhəd regionlarda 30 günlük hərbi vəziyyət elan edib.

Noyabrın 25-də Rusiya sərhədçiləri Ukraynanın üç gəmisini və 20-dn çox dənizçisini ələ keçirib. Kiyev bunu “təcavüz hərəkəti” adlandırıb.

Rusiya isə gəmilərin qanunsuz olaraq onun ərazi sularına girdiyini deyir, Ukrayna bunu təkzib edir.

Hərbi vəziyyət Ukrayna hakimiyyətinə qismən səfərbərlik elan etmək, hava müdafiəsini, əks-kəşfiyyatı gücləndirmək səlahiyyəti verir.

Krımın ilhaqlndan bəri Ukrayna ilk dəfədir hərbi vəziyyət elan edir.

Kiyevdə millətçi partiyaların etiraz yürüşü
Kiyevdə millətçi partiyaların etiraz yürüşü

Kreml hərbi vəziyyətin elan olunmasını Ukraynanın cənub-şərqində “münaqişəni qızışdıra biləcək” “ehtiyatsız” hərəkət adlandırıb.

Rusiyanın Cənubi Hərbi Dairəsinin sözçüsü deyib ki, Rusiya Krıma daha bir S-400 raket kompleksi göndərəcək. Regionda artıq üç belə sistem yerləşdirilib.

***

Trump deyir, Putinlə görüşünü təxirə sala bilər

ABŞ Prezidenti Donald Trump deyir ki, rusiyalı həmkarı Vladimir Putin-lə bu həftə Argentinada Böyük 20-liyin sammiti çərçivəsində gözlənən görüşünü təxirə salmağı nəzərdən keçirir. Səbəb Rusiyanın ukraynalı dənizçiləri saxlamasıdır.

Bunu Trump noyabrın 27-də “Washington Post”a müsahibəsində deyib. Bu arada Ukrayna Prezidenti Petro Poroshenko Rusiyayla “tammiqyaslı müharibə riski” barədə xəbərdarlıq edib. Avropa liderləri isə Rusiyaya yeni sanksiyaların nəzərdən keçirildiyini bildirib.

Noyabrın 25-də Moskvanın ilhaq etdiyi Krım yaxınlığında Rusiya Ukraynanın üç gəmisini və heyət üzvlərini saxlayıb.

Trump deyib ki, Putinlə görüşməzdən öncə milli təhlükəsizlik komandasının insidentlə bağlı “tam hesabatı”nı gözləyir. İki liderin görüşündə silahlara nəzarətdən tutmuş Suriya və Ukrayna münaqişələrinə qədər bir sıra məsələlərin müzakirə olunacağı gözlənirdi.

Vladimir Putin və Donald Trump-ın şəkilləri olan maqnitlər
Vladimir Putin və Donald Trump-ın şəkilləri olan maqnitlər

Bu hesabat həlledici olacaq. Ola bilsin, heç bu görüş keçirilməsin. Təcavüzü xoşlamıram. Həmin təcavüzün baş verməsini isə heç istəmirəm”, – o deyib.

Noyabrın 30-da və dekabrın 1-də Buenos Ayresdə Böyük 20-liyin sammiti keçiriləcək. Trump-la Putinin həmin sammit çərçivəsində görüşəcəyi gözlənir.

Noyabrın 27-də Rusiyada məhkəmə 24 ukraynalı dənizçidən 12-si barədə iki aylıq həbs qərarı çıxarıb.

Rusiya Ukraynanın Krım yaxınlığındakı “ərazi suları”nda qarşıdurma yaratdığını iddia edir. Kiyev isə Moskvanı provokasiyada suçlayır.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz olaraq ilhaq edib.

“RUSİYA BÖLMƏLƏRİ UKRAYNA SƏRHƏDLƏRİNƏ YERLƏŞDİRİLİR”

Ukrayna Prezidenti Petro Poroshenko noyabrın 27-də axşam xəbərdarlıq edib ki, münaqişə “tammiqyaslı müharibə”yə çevrilə bilər.

Petro Poroshenko
Petro Poroshenko

Heç kəs bunun əyləncə və oyun olduğunu düşünməsin. Ukrayna Rusiyayla tammiqyaslı müharibə təhdidi altındadır”, – Poroshenko Ukrayna televiziyasına müsahibəsində deyib.

Sərhədimiz boyunca yerləşdirilən Rusiya bölmələrinin sayı kəskin şəkildə artıb”, – deyən prezident Rusiya tanklarının sayının üç dəfə artdığını vurğulayıb.

Bir gün öncə Ukrayna parlamenti ölkənin bəzi yerlərində hərbi vəziyyət elan edib.

2014-cü ildən Ukraynanın şərqində Kiyevlə Rusiyanın dəstəklədiyi separatçılar arasında münaqişədə 10 min 300-dən çox adam həlak olub.

Avropa Birliyi liderləri isə Rusiyanın həftəsonu Azov dənizinə girişi qanunsuz olaraq bağladığına, ukraynalı dənizçiləri saxladığına görə Rusiyaya sanksiyaları artıracağını bildirib.

AB-yə rotasiya ilə prezidentlik edən Avstriyanın xarici işlər naziri Karin Kneissl deyib ki, blok gələn ay Moskvaya əlavə sanksiyaları müzakirəyə çıxaracaq.

Hər şey hadisələrin gedişatından, tərəflərin hərəkətlərindən asılıdır. Ancaq buna yenidən baxılmalıdır”, – Kneissl jurnalistlərə deyib.

XS
SM
MD
LG