Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Dekabr, bazar, Bakı vaxtı 03:22

Gömrükdə spirtli içki və siqaret limiti azaldıldı


Siqaret

Fiziki şəxslərin şəxsi istifadə məqsədi ilə xarici ölkələrdən gətirdikləri spirtli içkilərin və siqaretin həcminə məhdudiyyətlər gücləndirilib.

Nazirlər Kabineti «Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları»na dəyişiklik edib.

Baş nazir Novruz Məmmədovun noyabrın 24-də imzaladığı qərarı Nazirlər Kabinetinin saytı bu gün, noyabrın 27-də açıqlayıb.

Qərara əsasən, bundan sonra fiziki şəxslərə rüsum ödəmədən xarici ölkələrdən 1.5 litr spirtli içki gətirməsinə icazə veriləcək. Bu həcm indiyədək 3 litr idi.

Xarici ölkələrdən şəxsi istehlak məqsədi ilə gətirilə bilən siqaret məhsullarının da həcmi azaldılır. Bundan sonra fiziki şəxslər gömrükdən rüsum ödəmədən yalnız 10 qutu (200 ədəd) siqaret keçirə biləcəklər. Dəyişikliyədək fiziki şəxslərin şəxsi istifadə üçün özləri ilə 30 qutu (600 ədəd) siqaret gətirməsinə icazə verilirdi.

Bu ilin iyununda Vergi Məcəlləsinə dəyişikliklər edilib.

Yeni qərarda da yazılıb ki, bu, Azərbaycan prezidentinin «Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» qanununun tətbiqi barədə bu il iyulun 16-da verdiyi Sərəncamın 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi daşıyır.

Xatırlatma

Azərbaycanın sərhəd bölgələrində yaşayan insanlar bəzən alış-veriş məqsədilə qonşu İran və Gürcüstana gedirlər. Onlar qaydanda özləri ilə bəzən 30 qutu siqaret, bir neçə litr spirtli içki də gətirirdilər. Hətta onların demələrinə görə, gətirdikləri siqaret və spirtli içkiləri satıb, az da olsa, qazananlar da var idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG