Keçid linkləri

Təcili xəbərlər
2019, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:17

Brexit razılaşması ABŞ-Britaniya ticarətini ‘əngəlləyə bilər’


Londonda anti-Brexit nümayişçi

Britaniyanın Avropa Birliyindən çıxmasına icazə verən razılaşma Vaşinqtonla Londonun ticarətini çətinləşdirə bilər. Bunu ABŞ Prezidenti Donald Trump deyib, amma Britaniya baş nazirinin idarəsi bu fikirlə razı deyil.

Trump Ağ evin qarşısında jurnalistlərə deyib ki, razılaşmaya əsasən onun Avropa Birliyi üçün yaxşı olacağını demək olar, amma “Britaniyanın ticarət etməsinə icazə verilib-verilməməsini ciddi nəzərdən keçirməliyik”.

Hazırda sazişə baxanda onların bizimlə ticarət edə bilməyəcəyi görünür. Bu, yaxşı iş olmayacaq. Məncə, belə olmasını istəməzdilər”, – Trump deyib.

O, Britaniyanın Baş naziri Theresa May-in problemlə məşğul olacağına ümidvar olduğunu söyləyib, amma razılaşmanın hansı maddəsinin onu narahat etdiyini açıqlamayıb.

Ancaq May-in sözçüsü deyib ki, AB ilə əldə olunmuş razılaşma Britaniyanın dünyanın digər ölkələri, o cümlədən Birləşmiş Ştatlarla ticarət sazişi imzalamasına imkan verir.

AB liderləri ilə bazar günü əldə olunmuş sazişə görə, Britaniya martda birliyi tərk edəcək, amma sıx ticarət əlaqələri saxlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG