Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

50 mindən çox qadını yaxınları qətlə yetirib


Zorakılıq
Zorakılıq

Ötən il dünyada 87 min qadın qətlə yetirilib. Onlardan 50 minini, yaxud 58 faizini cinsi partnyorları, ya da ailə üzvləri öldürüb. Bu o deməkdir ki, hər saatbaşı dünyada altı qadın tanıdığı şəxslər tərəfindən qətlə yetirilir.

BMT-nin Narkotik Maddələr və Cinayətkarlıqla Mübarizə İdarəsi noyabrın 25-də – Qadınlara qarşı Zorakılığın Ləğvi Günündə yeni tədqiqat açıqlayıb.

Hesabatda qadınların və qızların gender zəminində qətlə yetirilməsi təhlil olunub. Bu zaman qadınların cinsi partnyoru, yaxud ailə münasibətlərindən dolayı öldürülməsinə, bu cinayətlərin qadınların cəmiyyətdə və ailədəki statusu və rolu ilə əlaqəsinə diqqət ayrılıb.

Araşdırma üzə çıxarıb ki, dünyada hər 100 min qadından 1,3-nü partnyorları, yaxud ailə üzvləri öldürüb.

Coğrafi bölgüyə gəlincə, Afrika və Amerikada qadınları partnyorları və ailə üzvləri daha çox qətlə yetirirlər. Afrikada hər 100 min qadına 3,1, Amerikada 1,6, Okeaniyada 1,3, Asiyada 0,9 qurban düşür.

Ən aşağı göstərici Avropada qeydə alınıb, hər 100 min qadın üzrə 0,7 qurbanın gender zəminində öldürüldüyünü söyləmək olar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG