Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:53

İlham Əliyev Ramzan Kadırovla görüşüb


R.Kadırov və İ.Əliyev

Bu gün, noyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə AZƏRTAC xəbər yayıb. Amma, hələlik, görüşdə müzakirə edilən məsələlər açıqlanmır.

Ramzan Kadırov İlham Əliyevi Çeçenistana dəvət edib

Bu gün, noyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, Çeçenistanda sabitliyin bərqərar olduğunu vurğulayan İlham Əliyev Azərbaycanı Şimali Qafqaz respublikaları ilə uzun tarixin, yaxın münasibətlərin, mənəvi, mədəni əlaqələrin bağladığını qeyd edib.

“Qafqazda sabitlik və təhlükəsizlik, inkişaf ancaq birgə səylər nəticəsində mümkündür. Əlbəttə ki, bizim Çeçenistan Respublikası və Şimali Qafqazın digər respublikaları ilə münasibətlərimiz Azərbaycanla Rusiya arasında münasibətlərin mühüm amilidir”, deyən ölkə başçısı Rusiyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu söyləyib.

Xəbərə görə, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov isə prezident İlham Əliyevin təkcə Azərbaycanda deyil, bütövlükdə müsəlmanlardan ötrü xeyirxah işlər gördüyünü vurğulayıb:

“Bu, çox qiymətlidir. Buna görə də bunu həm Azərbaycan xalqı, həm də bütün Qafqaz xalqları görür”.

Ramzan Kadyrov daha sonra da əlavə edib:

“Əgər siz imkan tapıb Çeçenistan Respublikasına gələ bilsəniz bu, bizim üçün həm siyasi, həm qardaşlıq, həm də insani cəhətdən çox mühüm olacaq....”

Günün bütün mövzuları

XS
SM
MD
LG