Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Google Rusiyada cərimələnə bilər


İllüstrativ foto
İllüstrativ foto

Rusiyanın kommunikasiyaya nəzarət agentliyi Google texnologiya nəhəngini qanuna əməl etməməkdə, Rusiyada qadağan olunmuş təşkilatları axtarış nəticələrindən çıxarmamaqda suçlayıb.

Roscomnadzor noyabrın 26-da bildirib ki, təqsiri sübuta yetirilsə, Google maksimum 700 min rubl (10 min 450 dollar) cərimələnə bilər.

GOOGLE İŞİ ÜZRƏ QƏRAR DEKABRDA VERİLƏCƏK

Bu arada “Reuters” informasiya agentliyi anonim mənbələrə istinadla xəbər verir ki, Rusiya ölkə qanunvericiliyinə əməl etməyən qlobal texnologiya şirkətlərinə daha sərt cərimələr kəsməyi planlaşdırır. Bu, Kremlin Google Facebook kimi texnologiya nəhəngləri ilə davam edən mübarizəsində gərginliyi daha da artırmış olar.

Roscomnadzor Google-nun qadağan olunmuş vebsaytların dövlət reyestrinə qoşulmadığını bildirir. Moskva həmin vebsaytların qanunsuz informasiya daşıdığını, bununla da qanunu pozduğunu iddia edir.

Bu iş üzrə qərar dekabrda çıxarılacaq.

Google məsələni şərh etməyib.

Google xəritəsində Rusiyanın trol fabrikinin ünvanı
Google xəritəsində Rusiyanın trol fabrikinin ünvanı

Son beş ildə Rusiyada sərt internet qanunları qüvvəyə minib, Google kimi axtarış mühərriklərindən bəzi axtarış nəticələrinin silinməsi tələb olunub. Mesaj xidmətləri qarşısında qoyulmuş bir tələb isə kodlaşdırma şifrələrinin təhlükəsizlik xidmətlərinə verilməsi, həmçinin sosial şəbəkələrin rusiyalı istifadəçilərin şəxsi informasiyasını ölkə daxilindəki serverlərdə saxlamasıdır.

Hal-hazırda Rusiyanın bu qaydaları qüvvəyə mindirməsi üçün yeganə vasitə cərimələrdir. Amma bir neçə minlik cərimə də Silikon Vadisinin sərvəti milyardlarla ölçülən texnologiya firmaları üçün cüzi məbləğdir.

Rusiya hakimiyyəti onlayn xidmətləri bağlaya da bilər, ancaq bunun texniki baxımdan çətin olduğu üzə çıxdı.

İLLİK GƏLİRİN BİR FAİZİ

“Reuters”un gördüyü yeni qaydalar layihəsi isə hakimiyyətin sosial media firmalarını bloklamaq səlahiyyətini saxladığını göstərir. Məsələdən xəbərdar üç mənbənin agentliyə deməsinə görə, Rusiya gələcəkdə qanunlara əməl etməyən texnologiya şirkətlərin daha sərt cərimələr tətbiq etməyi planlaşdırır.

Sözügedən qanun layihəsi təsdiqlənərsə, Rusiya qanunvericiliyini pozan texnologiya nəhəngləri bu ölkədə illik qazanclarının bir faizi məbləğində cərimələnə bilərlər.

Bu isə artıq gözəçarpan məbləğ demək olacaq. Məsələn, Google şirkətinin Rusiya filialı ötən il 45,2 milyard rubl (687 milyon dollar) qazanc əldə edib.

Kreml bu məsələni şərh etməyib.

İndiyədək Roscomnadzor dəfələrlə Facebook və Google-nu Rusiya qanunlarına əməl etməməkdə suçlayıb. 2016-cı ildə LinkedIn şəbəkəsinə çıxış bloklanın, apreldə isə Telegram mesajlaşma xidmətinin bloklanmasına cəhd olunub.

Ancaq Telegram-ın bloklanması ilə rusiyalı istifadəçilər Viber xidmətində video-zənglərdən, Volvo avtomobilləri üçün bəzi tətbiqlərin də işi əngəllənib. Hazırda Rusiyada Telegram xidməti yenə də çatımlıdır.

XS
SM
MD
LG