Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Manafortun əməkdaşlıq sazişini pozduğu bildirilir


Paul Manafort (solda) vəkili Richard Westling ilə məhkəmədə
Paul Manafort (solda) vəkili Richard Westling ilə məhkəmədə

ABŞ-da Xüsusi prokuror Robert Mueller Prezident Donald Trump-ın seçki kampaniyasının keçmiş sədri Paul Manafortu yalan danışmaqda suçlayıb. O, Manafortun prokurorlarla əməkdaşlıq sazişini pozduğunu bildirib. Prokurorlar Rusiyayla Trump-ın 2016-cı il seçki kampaniyası ilə mümkün əlaqələrini araşdırırlar.

Manafortun razılaşmanı pozması o deməkdir ki, o, daha uzunmüddətli həbs cəzası, daha artıq ittihamlarla üzləşə bilər. Bundan başqa onun təhqiqatda əsas şahid kimi çıxış edə bilməsinə də risk yaranmış olur.

Trump-ın seçki kampaniyasının keçmiş aparıcı rəsmisi olan Manafort əməkdaşlıq və daha yüngül cəza əvəzində təqsirini boynuna almışdı. Onun adı Mueller-in araşdırdığı bir sıra vacib tədbirlərdə əsas fiqur kimi keçir.

“FEDERAL CİNAYƏTLƏR TÖRƏDİB”

Sentyabrda əldə olunmuş razılaşmaya əsasən, Manafort Muellerə həmin tədbirlər barədə informasiya verəcəkdi. Təhqiqatçılar daha çox 2016-cı ilin iyununda Trump Tower-də keçirilmiş görüşü araşdırırlar. Həmin görüşdə Manafort, kiçik Donald Trump, bir neçə rusiyalı iştirak edib. Kiçik Trump-a deyiblərmiş ki, rusiyalılardan qadın vəkilin əlində atasının rəqibi, demokratların namizədi Hillary Clinton barədə zədələyici informasiya var.

Donald Trump (solda) və Robert Mueller
Donald Trump (solda) və Robert Mueller

Yeni açıqlanmış məhkəmə sənədinə görə, Manafort təhqiqatla əməkdaşlıq etməyə razılaşıb, amma “bir sıra məsələlərlə bağlı” yalan danışaraq “federal cinayətlər törədib”. Prokurorlar “təqsirləndirilənin cinayətləri və yalanlarının xarakteri” barədə detallı açıqlama verəcəklərini bildiriblər.

Manafort isə vəkilləri vasitəsilə yalan danışdığını inkar edib, Mueller təhqiqatçılarına “doğru informasiya verdiyinə inandığını” deyib. O, əməkdaşlıq sazişini pozması fikriylə razılaşmadığını söyləyib.

Hər iki tərəf indi münaqişəni həll edə bilməcəklərini deyərək hakim Amy Berman Jackson-dan Manafort barədə hökm çıxarmaqda ötrü məhkəmənin vaxtını təyin etməyi xahiş edib.

Manafortun prokurorlarla əməkdaşlığında bu dönüş belə bir ehtimala yol açıb ki, o, Trump-ın kampaniyasında çalışmış digərlərini cinayət təqibindən qorumaqla prezidentə yaltaqlanmq, onun əfvini qazanmaq istəyir. Bunu bir keçmiş prokuror “Reuters” agentliyinə deyib.

“Məncə, o, əfv olunmaq istəyir”, – David Weinstein deyib.

Trump əvvəllər eyham vurub ki, Ağ evə sadiq qalan köməkçilərini əfv edə bilər.

Rusiya və Trump seçki kampaniyası zamanı hər hansı əlbirlik barədə iddiaları rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG