Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:01

Prezident Administrasiyasında yeni təyinat


H.Hacıyev

Dövlət başçısı İlham Əliyev Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinə yeni müdir təyin edib.

Ölkə başçısının bu gün, noyabrın 26-da imzaladığı sərəncama əsasən, Hikmət Hacıyev həmin posta təyin olunub.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinə (əvvəllər Xarici əlaqələr şöbəsi adlanırdı) uzun müddət hazırkı baş nazir Novruz Məmmədov başçılıq etmişdi. Bu il aprelin 21-də prezident İ.Əliyev N.Məmmədovu baş nazir postuna təqdim edib, parlament də bunu təsdiqləyib.

Yeni müdir H.Hacıyev isə Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə başçılıq edib. Bir müddət əvvəl o, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsində işə götürülmüşdü.

Multimedia

XS
SM
MD
LG