Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:54

Meksika sərhəddə təhlükəsizliyi gücləndirəcəyini deyir


Polis miqrantların üzərinə gözyaşardıcı qaz buraxır
Polis miqrantların üzərinə gözyaşardıcı qaz buraxır

Meksika Birləşmiş Ştatlarla sərhəddə təhlükəsizliyi gücləndirəcəyini bildirir. “The Associated Press” yerli rəsmilərə istinadla 39 miqrantın saxlandığını bildirir. Onlar dinc yürüşdə qarışıqlıq yarandığı zaman saxlanıblar. ABŞ agentləri sərhədi yarıb keçməyə çalışan miqrantları dayandırmaq üçün Meksikaya gözyaşardıcı qaz buraxıblar.

Meksikanın Daxili İşlər Nazirliyi bildirib ki, Tixuanadan Birləşmiş Ştatlara “zorakılıqla” keçməyə çalışanlar dərhal deportasiya olunacaqlar. Şəhər bələdiyyəsi isə 30-dan artıq miqrantın saxlandığını bildirib. Onlar sakitliyi pozmaq, yürüşlə bağlı digər ittihamlar irəli sürülüb.

5 MİN MİQRANT STADİONDA QALIR

Mərkəzi Amerikadan gələn 5 mindən artıq miqrantın çoxu bir həftədən çoxdur Tixuanada idman kompleksinə sığınıblar. Dünənki insidentdən sonra miqrantların əksəriyyəti sığınacaq qayıdıb, yemək növbəsinə dayanıblar.

Hondurasdan gəlmiş 26 yaşlı Lurbin Sarmiento 4 yaşlı qızıyla idman kompleksində qayıdanlar içindədir.

Biz qaçmağa başladıq, amma tüstü arxamızca gəlirdi, qızım boğulurdu”, – Sarmiento deyir və onu da əlavə edir ki, qaz buraxılacağını bilsəydi, yaxına getməzdi.

Bir qrup miqrant hasara dırmaşır
Bir qrup miqrant hasara dırmaşır

Yüzlərlə miqrant sərhəddəki hasarları və məftillərə aşmağa cəhd edərkən sərhədçilər onların üstünə gözyaşardıcı qaz buraxıb. San Ysidrodakı sərhəd keçid məntəqəsini bir neçə saatlığa bağlayıb.

Bundan öncə bir qrup miqrant Birləşmiş Ştatların miqrantların sığınacaq müraciətlərinə baxmasını sürətləndirmək tələbiylə dinc yürüşə başlayıblar.

Agentlik yazır ki, gün ərzində Birləşmiş Ştatların Gömrük və Sərhəd Mühafizəsinə məxsus vertolyotlar havada, ABŞ agentləri isə yerdə keşik çəkib.San Ysidro limanından piyada keçidləri də bağlanıb. Hər gün bu limandan Birləşmiş Ştatlara 100 mindən çox adam daxil olur.

Daxili işlər naziri Kirstjen Nielsen deyib ki, ABŞ hakimiyyəti cənub-qərb sərhədini “möhkəm şəkildə” qorumağa davam edəcək, federal mülkiyyəti, yaxud ABŞ-ın suverenliyini pozan istənilən şəxs təqib olunacaq.

San Ysidrodakı sərhəd əməkdaşlarının hər gün 100-dən də az müraciətə baxması sərhədə toplaşanları qəzəbləndirib.

HUMANİTAR BÖHRAN

Miqrantları Pueblo Sin Fronteras humanitar qrupunun tərkibində bir neçə həftə müşayiət etmiş Irineo Mujica deyir ki, bazar günü sərhədə doğru yürüş etməkdə məqsəd miqrantların mübarizəsini Meksika və ABŞ hökumətlərinin diqqətinə çatdırmaqdır.

“Bu qədər adam burada qala bilməz”, – Mujica “The Associated Press”ə deyib.

Tixuana meri Juan Manuel Gastelum cümə günü deyib ki, 1,6 milyon sakini olan şəhərdə humanitar böhran yaranıb və miqrantları yerləşdirməyə çalışır.

ABŞ Prezidenti Donald Trump bazar günü Twitter-də Meksikadakı miqrant karvanından narazılığını bildirib.

Meksika Daxili İşlər Nazirliyinin bazar günü bildirməsinə görə, oktyabrın 190dan bəri 11 min mərkəzi amerikalını öz ölkələrinə qaytarıb. Qaytarılanlardan 1906 nəfəri son karvanla gəlib.

İlin sonunadək Meksikanın 100 minədək miqrantın qaytarılacağını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG