Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:19

Xəzərlərin tərəfdarları etiraz edir


Xəzərlər

Noyabrın 26-da Əfqanıstanda xəzər (hazar) yaraqlı komandirinin yüzlərlə tərəfdarı artıq ikinci gündür Kabildə etiraz edir, paytaxtın qərb hissəsində yolları bağlayıb.

Nümayişçilər Əfqanıstanın mərkəzində şiə yaraqlılarının lideri Alipoor-un saxlanmasına etiraz edirlər.

Onun nədə suçlandığı bəlli deyil.

Kabil polisinin rəhbəri Sayed Mohammad Roshandel deyib ki, etirazçılar polisin nəzarət məntəqələrinə od vurub, polis qüvvələri ilə toqquşub.

Etirazın keçirildiyi əraziyə yaxın yaşayan deputat Nasrullah Sadeqizada atəş səsləri eşitdiyini deyib.

Noyabrın 25-də isə bir neçə polis məntəqəsinə od vurulduğu, bir neçə polis əməkdaşının yaralandığı bildirilirdi.

Alipoor-un tərəfdarlarının iddiasına görə, o, Taliban yaraqlıları ilə savaşır.

XS
SM
MD
LG