Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:45

Muellerin hesabatı prezidenti ‘məhv edəcək’


Donald Trump (solda) və Robert Mueller
Donald Trump (solda) və Robert Mueller

Xüsusi prokuror Robert Muellerin hesabatı Prezident Donald Trump üçün “məhvedici” olacaq. Bunu prezidentin daimi müdafiəçisi Alan Dershowitz deyir.

Harvard Hüquq məktəbinin fəxri professoru olan Dershowitz ABC News-a müsahibəsində deyib ki, prezident xüsusi prokurorun yekun hesabatının yarada biləcəyi siyasi təsirlə üzləşməli olacaq.

“Düşünürəm ki, bu hesabat prezidentdən ötrü dağıdıcı olacaq və prezidentin komandası artıq hesabata reaksiya üzərində çalışmaqdadır”, – o deyib.

Professorun fikrincə, güclü siyasi təsiri olacaq hesabat çətin ki cinayət ittihamıyla sonuclansın.

“Məhvedici deyəndə onun siyasi baxımdan dağıdıcı olacağını nəzərdə tuturam. Düşünmürəm ki, cinayət işinin açılmasıyla sonuclansın”, – Dershowitz vurğulayıb.

Matt Whitaker
Matt Whitaker

“HƏRFİ MƏNADA TOQQUŞMA”

Trump ötən həftə prokurorun suallarını yazılı cavablandırıb. Mueller Rusiyanın 2016-cı il prezident seçkisinə mümkün müdaxiləsini, Moskvanın Trump-ın seçki kampaniyası ilə əlbirlik iddialarını araşdırır.

Demokrat partiyasının üzvü olan senator Amy Klobuchar isə ABC-yə müsahibəsində qeyd edib ki, baş prokuror vəzifəsini Matthew Whitaker-in icra etməsi istintaqa təhlükə yarada bilər.

Whitaker-in daha öncə Muellerin istintaqını tənqid etməsindən dolayı onun bu vəzifəyə təyinatı narazılıq yaradıb. Klobuchar deyib ki, o, Ədliyyə Departamentinə rəhbərlik etməməlidir və Konqres Muelleri qoruyan qanunvericilik qəbul etməlidir.

“Həqiqətən də onun vəzifədə olması məni narahat edir. Bu istintaqı qanunla qorumaqdan ötrü Senata layihə təqdim etmişik”, – senator deyib.

Amma sözügedən layihə hələ də senatdadır, bir dəfə onun səsverməyə çıxarması əngəllənib.

Trump vaxtilə özünü Rusiya istintaqından kənarlaşdırmış Jeff Sessions-u vəzifədən kənarlaşdıraraq Whitaker-i onun yerinə təyin edib.

Minnesotadan seçilmiş Klobuchar-ın fikrincə, Whitaker istintaqla “hərfi mənada toqquşma mövqeyindədir”, çünki onun sağçı mövqeləri təbliğ etdiyi bildirilən, vergidən azad təşkilata rəhbərlik etməklə 1 milyon dollar qazanması barədə məlumatlar var.

Rusiya istintaqı ötən ilin mayından başlanıb. O vaxtdan Muellerin komandası 32 şəxsə və Rusiyanın üç şirkətinə kompüter hakerliyi, maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürüb.

Həmin ittihamlar üzrə altı nəfər təqsirini boynuna alıb, üç nəfərə həbs cəzası kəsilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG