Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:48

İranda zəlzələdə 700-dən çox adam xəsarət alıb


Zəlzələdə yaralılar var
Zəlzələdə yaralılar var

İranda zəlzələdə xəsarət alanların sayı 700-ü keçib.

Dövlət televiziyası fövqəladə xidmətlərə istinadla xəbər verir ki, 716 nəfər yaralanıb, amma ciddi ziyan barədə məlumat yoxdur.

Məlumata görə, xəsarət alanların 33-ü xəstəxanadadır.

***

İranın qərbində, İraqla sərhəd yaxınlığında 6,3 bal gücündə zəlzələ olub, dövlət televiziyası 600-dən çox adamın xəsarət aldığını bildirir.

Rəsmilərin noyabrın 26-dan səhər bildirməsinə görə, zəlzələdə ölənlərin olub-olmadığı hələ dəqiqləşdirilir.

Bir il öncə həmin ərazidə baş vermiş zəlzələdən 600-dən çox adam ölmüş, 9 mindən çox adam yaralanmışdı.

İranın dövlət fövqəladə departamentinin rəhbəri Pir Hossein Kolivand dövlət televiziyasına deyib ki, adamların çoxu zəlzələnin hiss olunduğu zaman qaçmağa çalışarkən xəsarət alıblar.

“KƏNDLƏRƏ ZİYAN DƏYMİŞ OLA BİLƏR”

Xoşbəxtlikdən zəlzələ daha böyük şəhərlər yaxınlığında baş verməyib. Amma kəndlərə ziyan dəymiş ola bilər. Ümid edirəm, ərazidə çox kənd yoxdur”, – İran seysmoloji mərkəzinin rəhbəri Ali Moradi dövlət televiziyasına deyib.

Hadisə yeri
Hadisə yeri

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ İraqla sərhəddəki İlam şəhərindən 114 kilometr şimal-qərbdə, 10 km dərinlikdə baş verib.

IRIB dövlət televiziyası təbii fəlakətin İranın qərbindəki Kirmanşah vilayətində Sarpol-e Zahab kürd şəhərində baş verdiyini xəbərləyib.

2017-ci ilin noyabrında həmin ərazi yaxınlığında 7,3 bal gücündə zəlzələdən azı 620 nəfər həlak olmuş, minlərlə adam yaralanmışdı.

Fars yarırəsmi xəbər agentliyi zəlzələnin ölkənin altı vilayətində də hiss olunduğunu bildirib.

İraq Geoloji Xidmətinin məlumatına görə, zəlzələ Bağdadda, həmçinin İraqın şimalındakı kürd regionunun paytaxtı Ərbildə də hiss olunub.

Küveytin Kuna dövlət xəbər agentliyi zəlzələnin ölkənin sahil ərazilərində hiss olunduğunu bildirir.

2003-cü ildə İranın cənub-şərqindəki Kirman vilayətində 6,6 bal gücündə zəlzələdən 31 min nəfər həlak olub, Bəm tarixi şəhərinin böyük hissəsi dağılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG