Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:10

Emmanuel Macron:polisə hücum etmək ayıbdır


Emmanuel Macron

Fransa prezidenti Emmanuel Macron şənbə günü keçirilən kütləvi nümayişlər zamanı ictimai asaişi qoruduqlarına görə hüquq-mühavizə orqanlarının əməkdaşlarına təşəkkür bildirib.

Noyabrın 24-də dizel yanacağına verginin artırılmasına etiraz olaraq paytaxt Paris və ölkənin digər şəhərlərində kütləvi nümayişlər keçirilib.

Aksiyalar zamanı bəzi yerlərdə polislə qarşıdurma yaranıb, nümayişçilər polisi daşa basıb.

Macron polis əməkdaşlarına hücumları “ayıb” adlandırıb və Fransada zorakılığa yer olmadığını bildirib.

Öz növbəsində polis nümayişçilərə qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Daxili işlər naziri Kristof Kastanerin sözlərinə görə dünənki nümayişlərdə 130-a yaxın adam saxlanıb.

Nazir hərc-mərcliyə görə qatı sağçıları günahlandırıb.

Fransa hakimiyyəti dizel yanacağına verginin qaldırılmasını ətraf mühitin çirklənməsinin qarşısının alınması və ekoloji cəhətdən təmiz nəqliyyatın inkişafı ilə izah edir.

Buna qarşı çıxanlarsa hesab edirlər ki, bu addımdan daha çoxkasıblara zərbə dəyəcək.Çünki bir çox fransalı qənaət üçün işlənmiş və dizellə işləyən avtomobillərdən istifadə edir.

XS
SM
MD
LG