Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:03

Həbsdəki müsavatçı hüququnun məhdudlaşdırıldığını deyir


Vəkil Osman Kazımov

Müsavat Partiyasının həbsdəki fəalı Azad Həsənovun telefonla danışıq hüququnun məhdudlaşdırıldığı bildirilir.

Bu haqda “Turan” agentliyinə vəkil Osman Kazımov məlumat verib. O.Kazımov noyabrın 23-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan müsavatçı ilə görüşüb.

Vəkilin sözlərinə görə, Azad Həsənovun həbsindən ayyarım vaxt keçsə də, cinayət işi ilə əlaqədar hər hansı istintaq hərəkəti aparılmayıb.

“ Deməsinə görə, o telefonla danışa bilmir. Bununla bağlı müvafiq qurumlara müraciət etmişəm...”,vəkil bildirib.

O, müsavatçının sağlıq durumunun normal olduğunu qeyd edib.

Azad Həsənovun yaxınları ilə telefonla danışmaq hüququnun pozulması ilə bağlı deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.Ancaq bu qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı bildiriblər ki, Azərbaycandakı məhbuslarla yalnız qanun çərçvəsində davranılır.

Xatırlatma

Azad Həsənov oktyabrın 11-i səhər ağır xəstə olan atasına baş çəkmək məqsədilə Vilnüsdən Bakıya gəlib. Həmin gün axşamüstü mülki geyimli şəxslərin onu saxladıqları bildirilir. Oktyabrın 12-də Xətai Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Hazırda Kürdəxanıdakı 1 Saylı İstintaq Təcridxanasında saxlanan Azad Həsənovla bağlı Cinayət Məcəlləsinin 234.4.3 (Narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə cinayət işi qaldırıldığı bildirilir.

Bu ittiham məhkəmədə sübut olunduğu halda Azad Həsənovu əmlakı müsadirə edilməklə, 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Azad Həsənov 2014-cü ildən Litvada yaşayırdı. O, 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə Azad Həsənov onun seçki qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat qəbul edərək bu həbsi siyasi motivli adlandırıb. Hərçənd, rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Yaxınlarının verdiyi məlumata görə, onun özü isə bildirib ki., saxlanandan sonra təhdid altında ondan istənilən ifadəyə qol çəkib.Bu deyilənlərə də, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG