Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:08

Ordubada 17 sm qar düşüb


Qar

Noyabrın 24-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə çiskinli yağış gözlənir. Güclü şimal-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Noyabrın 24-də Azərbaycanın əksər rayonlarında da arabir yağış, dağlıq ərazilərdə qar yağacağı təxmin edilir. Lənkəran-Astara zonasında yağıntının intensiv olacağı ehtimalı var. Gecə 3-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə gecə 2-7 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təxmin edilir.

Nazirlik faktiki hava ilə də bağlı məlumat yayıb. Həmin məlumatda isə bildirilir ki, dağlıq ərazilərdə qar yağıb. Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində yağıntı intensiv olub. Ağdərədə (Ordubad) qar örtüyünün hündürlüyü 17 sm təşkil edib.

Multimedia

XS
SM
MD
LG