Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:34

Rusiyalı reperin cəzası ləğv olunub 


Husky məhkəmədə, 22 noyabr, 2018-ci il

Rusiya məhkəməsi reper Husky-yə qarşı 12 sutkalıq həbs cəzasını ləğv edib. O, avtomobil üzərinə çıxıb oxuduqdan sonra saxlanmışdı.

Husky-nin vəkili noyabrın 26-da deyib ki, Krasnodar şəhərindəki Pervomay Rayon Məhkəməsinin qərarından sonra müştərisi azad olunacaq.

Vəkil Aleksei Avanesyan məhkəmənin öz qərarını niyə ləğv etdiyini açıqlamayıb.

***

Rusiyada məhkəmə populyar reper Husky-yə 12 sutka həbs cəzası kəsib. O bu cəzaya avtomobilin üstünə çıxıb oxuduğuna görə “layiq görülüb”.

Əsl adı Dmitry Kuznetsov olan Husky-nin YouTube videolarına ortalama 6 milyon baxış olur. O, hakimiyyətə, polis zorakılığına istehza edən mahnıları ilə tanınıb.

25 yaşlı Husky-yə cəzanı Krasnodar məhkəməsi kəsib. Reper noyabrın 21-də xuliqanlıq ittihamıyla saxlanmışdı.

“EKSTREMİZM ELEMENTLƏRİ”

Onun Krasnodarda planlaşdırılan konserti öncəsi prokurorlar tədbirin keçiriləcəyi kluba xəbərdarlıq ediblər ki, reperin proqramında “ekstremizm” elementləri var və şou başqa məkana keçirilib.

Husky Moskvada konsert zamanı, 2017-ci il
Husky Moskvada konsert zamanı, 2017-ci il

Amma hakimiyyət işıqları söndürüb və Husly azarkeşləri küçəyə çıxıb. İnternetdə yayılmış videolarda reperin avtomobilin üstünə çıxaraq oxuduğu, azarkeşlərin isə mahnıların sözlərini təkrarladığı görünür. Polis reperi saxlayıb.

Azarkeşlər polis maşınını dövrəyə alıb, reperin buraxılmasını tələb ediblər. Polis onları dağılışmaq üçün dilə tutub.

Son illər Rusiya hakimiyyəti tənqidçilərinin təqibi üçün ekstremizm qanunundan istifadə edir. Bu sənəd xeyli qarışıq dildə yazılıb.

Krasnodar polisinin məlumatına görə, Husky-nin üzərinə çıxıb oxuduğu maşının sahibi mülkiyyətin zədələnməsiylə bağlı iddia qaldırıb. Bu iddiaya görə daha uzunmüddətli həbs cəzası kəsilə bilər.

Husky avtomobilə dəyən ziyanı ödəməyə hazır olduğunu söyləyib.

Ona görə belə davrandım ki, biletlərini almış adamlarla danışmağa özümü borclu bildim”, – o, məhkəmədə deyib.

Hazırda Rusiyada reperlərin yeni bir dalğası yetişib. Onlar gənc rusiyalıların siyasi sistemdən, iqtisadi perspektivlərin olmamasından narazılığını dilə gətirirlər.

XS
SM
MD
LG