Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Qərb mediası Trumpı sərt tənqid edir


Donald Trump
Donald Trump

Bu həftə ABŞ Prezidenti Donald Trump öz administrasiyasının bir müddətdir səsləndirdiyi mövqeyi təsdiqlədi: Vaşinqton Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salmanın yanında duracaq, hətta jurnalist Jamal Khashoggi-nin qəddarcasına qətlini, bədəninin parçalanmasını o sifariş edibsə belə.

“The Washington Post” qəzeti yazır ki, bununla Trump Mərkəzi Kəşfiyyat Agentliyinin (MKİ) gəldiyi qənaəti kənara atmış oldu. MKİ jurnalistin qətlinin arxasında məhz vəliəhd şahzadənin durduğunu bildirir. Prezident həm də ərəb dünyasının ən tanınmış jurnalistlərindən olan Khashoggi-ni şərlədi; ABŞ-ın Səudiyyə ilə müttəfiqliyinin faydasını şişirtdi. “Cənab Trump onsuz da uğursuz uduş sayılan 33 yaşlı şahzadəyə xidmət göstərməklə Amerika dəyərlərinə xəyanət edib”, – yazan qəzet jurnalistin ölümüylə bağlı MKİ-nin əlində səsyazısının olduğunu, jurnalisti qətlə yetirən dəstə başçısının Mohammed bin Salmanın köməkçilərinə zəng etdiyini yada salır:

Bütün bu faktlara rəğmən, cənab Trump rejimə dəstəyini saxta iddialarla əsaslandırır... deyir ki, Səudiyyə Birləşmiş Ştatlara 450 milyard dollar sərmayə qoyacaq”. Üstəlik, prezident jurnalistə böhtan da atıb, deyib ki, “Səudiyyə Ərəbistanı təmsilçiləri onu dövlətin düşməni, Müsəlman Qardaşlığının üzvü sayıblar”.

Türkiyədə Jamal Khashoggi üçün simvolik dəfn mərasimi keçirilib
Türkiyədə Jamal Khashoggi üçün simvolik dəfn mərasimi keçirilib

Trump bəyanatının sonunda Konqresə “başqa tərəfə yönlənməyi” məsləhət görüb. Ancaq qəzet yazır ki, hər iki partiyanın hazırladığı, jurnalistin ölümündə əli olanlara sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi Senatın xarici əlaqələr komitəsindədir. Komitə sədri Bob Corker ötən həftə deyib ki, Konqres əvvəlcə administrasiyanın nə edəcəyini görmək istəyir. “İndi o, artıq bunu bilir. Mohammed bin Salman məsuliyyətə cəlb olunmalıdırsa, – cənab Corker bunu labüd sayır, – komitə hərəkətə keçməlidir. Bunun alternativi olan dünyada isə diktatorlar tənqidçilərini öldürə biləcəklərini, buna görə cəzasız qalacaqlarını bilirlər”, – məqalədə deyilir.

Amerikalılar üçün həyatın mənası nədir

Bir çox adamlar belə böyük bir sualı cavablandırmaqda çətinlik çəkirlər. Hətta tədqiqatçılar arasında belə insanları həyatda nəyin məmnun etdiyini müəyyənləşirməklə bağlı konsensus zəifdir. Pew Araşdırma Mərkəzi 2017-ci ilin sonunda iki fərqli sorğu keçirib.

Birinci sorğu zamanı amerikanlardan soruşublar ki, onların həyatını nəyin mənalı etdiyini öz sözləri ilə təsvir etsinlər. İkinci sorğuda isə amerikanlara hazır cavabları olan suallar təqdim olunub, həyatı mənalı edən 15 səbəb göstərilib.

ABŞ-da Şükranlıq bayramı, arxiv fotosu
ABŞ-da Şükranlıq bayramı, arxiv fotosu

Hər iki sorğu zamanı ən populyar cavab özünü aydın göstərib: amerikalılar birinci sorğu zamanı həyatın mənasını ailədə gördüklərini deyiblər. İkinci sorğuda isə deyiblər ki, ailəylə vaxt keçirməyə “böyük məna” verirlər.

Birinci, yəni açıq sorğu zamanı, ailədən sonra həyatı mənalı edən bir sıra mənbələr də sıralanır: respondentlərin üçdə biri karyera və işi, 25 faizə yaxını pulu, hər beş nəfərdən biri dini inancı, dostluqları, müxtəlif hobbi və fəaliyyəti qabardır.

Qapalı, yəni hazır cavabların verildiyi sorğuda isə amerikalılar ailədən sonra həyatın mənasını evdən kənarda, dostlarla vaxt keçirməkdə, ev heyvanları bəsləməkdə, musiqiyə qulaq asmaqda görürlər.

Ümumilikdə, amerikalıların 20 faizi dini həyatlarının ən mənalı aspekti kimi görür. 40 faiz isə mənanı ailəsində tapır.

Amerikanın mənasız İran sanksiyaları

Trump administrasiyasının İran rejimini devirmək cəhdi alınmayacaq. Avropa Birliyi 2015-ci il nüvə sazişini qorumağa çalışır, Rusiya, Çin və Hindistan bu ölkəylə biznesi davam etdirir, yəni İranın bu çətinlikdən çıxmağa yetərincə tərəfdaşı var. Bunu “The Project Syndicate” portalında Amin Saikal yazır.

Hindistanın baş naziri Narendra Modi (sağda) İran Prezidenti Hassan Rohani ilə
Hindistanın baş naziri Narendra Modi (sağda) İran Prezidenti Hassan Rohani ilə

Noyabrın 5-dən İranın nüvə ixracını hədəfləyən sanksiyalar qüvvəyə minib. Trump administrasiyası İran rejiminin “ziyanlı davranış”ında dəyişiklik yaratmaq istədiyini bildirir. Amma müəllifin fikrincə, sıravi iranlılara çətinliklər yaradan sanksiyalar Prezident Donald Trump-ın arzuladığı nəticəni verməyəcək.

İndiyədək İran liderləri sanksiyalara meydan oxuyublar. Nüvə sazişini imzalamış digər ölkələr və Avropa Birliyi də İranı dəstəkləyib, Tehranın sazişin şərtlərinə əməl etdiyini bildirib. Düzdür, sanksiyaların təsiri özünü gözlətməyib, bir sıra şirkətlər bu ölkədə fəaliyyəti dayandırıblar və sonucda İranın onsuz da kövrək iqtisadiyyatı zərbə yeyib, qiymətlər qalxır, milli valyuta çökür.

Ancaq İranın bu çətinliyin öhdəsindən gəlmək bacarığını da aşağı dəyərləndirmək olmaz. Rusiya, Çin və İranla iqtisadi, ticari əlaqələri güclənməkdədir. Məsələn, Rusiyayla silah sazişlərindən artıq birbaşa investisiyalara keçiblər. Rusiyanın enerji şirkətləri İranda neft və qaz tədqiqatına 50 milyard dollar yatırılacağını deyirlər. Rusiya İranın Cənubi Pars qaz yatağını da işləyir və bu yataq dünyada ən böyük sayılır.

Bu arada Çin bir sıra layihələrə maliyyə və texniki yardım ayırır, dəmiryollarından tutmuş xəstəxanalara qədər. Ötən il Çinin CITIC Group dövlət investisiya şirkəti İrana 10 milyard dollarlıq kredit xətti ayırıb, Çin İnkişaf Bankı isə daha 15 milyard dollar vəd edib. Çin Amerika sanksiyalarından möhlət almış səkkiz ölkədən biridir və idxal etdiyi neftin 11 faizini İrandan almaqda davam edəcək.

Hindistana da sanksiyalardan möhlət verilib və iki səbəbdən İranla münasibətləri yaxşı səviyyədə saxlayacaq. Birincisi, Hindistan neftinin 10 faizindən çoxu İrandan alır, bunu əvəzləmək baha başa gələr. İkincisi, Hindistanda İranın Oman Körfəzindəki Çabahar limanının qurulmasına İranla əməkdaşlıq edir. Bu yolla Hindistan regiondakı rəqibi Pakistandan yan keçməklə Əfqanıstan və Orta Asiyaya çıxış əldə edəcək”, – müəllif yazır.

XS
SM
MD
LG