Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:25

Konsulluğa girmək istəyən intiharçılar öldürülüb


Pakistan, arxiv fotosu

Pakistan polisi Çinin Karaçidəki konsulluğa hücum edən 3 şübhəli intiharçını öldürüb. Amma intiharçılar binaya girə bilməyiblər. Pakistan hökuməti bu insidenti İslamabadla Pekin arasında strateji əməkdaşlığa qarşı “sui-qəsd” adlandırıb.

Hücum zamanı iki polis əməkdaşı da həlak olub.

Hücuma görə məsuliyyəti Baluçistan Azadlıq Ordusu üsyançı qrupu götürüb.

Pakistanın televiziya kanalları konsulluq binası yaxınlığında partlayış eşidildiyini xəbərləyib.

Ölkənin Xarici İşlər Nazirliyi konsulluqdakı 21 çinli əməkdaşın salamat olduğunu bildirib.

Pakistanın baş naziri Imran Khan hücumun araşdırılmasına göstəriş verib, bunu Çinlə Pakistanın strateji əməkdaşlığına “sui-qəsd” adlandırıb.

XS
SM
MD
LG