Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 08:12

Britaniya polisi Skripal-ların zəhərlənməsinə dair yenə video yayıb


Ruslan Boshirov (solda) və Aleksandr Petrov

Britaniya polisi martda Solsberi şəhərində rusiyalı keçmiş casus Sergei Skripal və qızının zəhərlənməsində əil olduğunu bildirdiyi iki şübhəlinin daha bir videosunu yayıb.

Sentyabrda Aleksandr Petrov Ruslan Boshirov adlı həmin şəxslərə qiyabi ittiham irəli sürülüb.

Bellingcat araşdırma vebsaytı həmin şəxslərin əsl adlarının Alexander Yevgenyevich MishkinAnatoliy Chepiga olduğunu, hər ikisinin Rusiyanın GRU kəşfiyyat xidməti üçün çalışdığını bildirir.

Polisin noyabrın 22-də yaydığı videoda həmin şəxslərin martın 4-də Solsberiyə gəldiyi, orada gəzişdiyi görünür. Skripallar həmin gün skamyada huşsuz vəziyyətdə tapılıblar.

Bu zəhərlənmə hadisəsi Rusiyanın qərblə onsuz da gərgin olan münasibətlərini daha da qəlizləşdirib.

XS
SM
MD
LG