Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:51

Nissan Ghosn-u sədrlikdən çıxarır


Carlos Ghosn

Yaponiyanın Nissan avtomobil istehsalçısının idarə heyəti Carlos Ghosn-u sədrlikdən çıxarıb. Bu haqda yerli media noyabrın 22-də yazıb. Ghosn həftənin əvvəlində saxlanıb, maliyyə cinayətində suçlanır.

Yaponiyanın NHK ictimai televiziyası və Nikkei qəzeti yazıb ki, şirkətin yeddi nəfərdən ibarət idarə heyəti Ghosn-un şirkətin başından uzaqlaşdırılmasına səs verib. O, 20 il idi Nissan-a rəhbərlik edirdi.

Prokurorlar maqnatı noyabrın 19-da saxlayıblar. O və daha bir rəsmi 2011-ci ilin iyunundan 2015-ci ilin iyununadək sədrin gəlirini 44 milyon dollar az göstərməkdə ittiham olunurlar.

Braziliya mənşəli, 64 yaşlı Ghosn-un adı Nissan-ın dirçəlməsi, Fransanın Renault və Yaponiyanın Mitsubishi Motors şirkətləri ilə alyans yaratması ilə bağlıdır. Onlar ötən il birlikdə 10,6 milyon avtomobil satıblar və bu sahədə birinci yeri tutublar.

Ghosn Tokioda həbsdədir, saxlanandan bəri ictimaiyyət arasında görünməyib, hər hansı şərh verməyib.

XS
SM
MD
LG