Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:15

Jurnalistin qətlində əli olanların hamısı ‘məsuliyyətə cəlb olunmalıdır’


Londondakı Səudiyyə səfirliyi qarşısında jurnalistin öldürülməsinə etiraz aksiyası
Londondakı Səudiyyə səfirliyi qarşısında jurnalistin öldürülməsinə etiraz aksiyası

Səudiyyəli jurnalist Jamal Khashoggi-nin qətlinə görə “həqiqətən məsuliyyət daşıyanlar” məsuliyyətə cəlb olunmalıdırlar. Bunu Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini noyabrın 22-də deyib.

“The Washington Post”un yazarı, Səudiyyə Ərəbistanı isteblişmentinin tənqidçisi olan Khashoggi oktyabrın 2-də İstanbuldakı konsulluğa girən kimi qətlə yetirilib.

Səudiyyə rəsmiləri bu qətli bir dəstə özbaşına xəfiyyənin gerçəkləşdirdiyini, vəliəhd şahzadə Muhammad bin Salmanın bu əməliyyatdan xəbərsiz olduğunu deyib.

Ər-Riyad qətlə görə 21 nəfəri həbs edib, onlardan 5-nə qarşı ölüm cəzası istənilir.

Federica Mogherini Ankarada mətbuat konfransında
Federica Mogherini Ankarada mətbuat konfransında

Türkiyə dəfələrlə bildirib ki, qətli sifariş edənlər məsuliyyətə cəlb olunmalıdırlar. Amma birbaşa şahzadə Muhammadı suçlamayıblar.

Bu dəhşətli qətldə həqiqətən əli olanlar məsuliyyətə cəlb olunmalıdırlar”, – Mogherini Ankarada Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu ilə birgə mətbuat konfransında deyib.

“ÖLÜM CƏZASINA QARŞIYIQ, AMMA...”

Ölüm cəzasının tətbiqinin həmişə əleyhinə çıxmışıq, amma öz prinsiplərimiz, dəyərlərimiz, məhkəmə sistemləri praktikamıza uyğun olaraq hərtərəfli, şəffaf və ədalətli təhqiqat aparılacağını gözləyirik”, – Mogherini deyib.

Bu arada Türkiyənin “Hurriyet Daily News” xəbər vebsaytı noyabrın 22-də yazıb ki, Mərkəzi Kəşfiyyat İdarəsinin əlində Şahzadə Muhammad-ın səsyazısı var, o, “Jamal Kashoggi-ni mümkün qədər tez susdurmaq” üçün göstəriş verir.

Vebsayt Türkiyənin tanınmış bir yazarından sitat gətirir. Yazar deyib ki, MKİ direktoru Gina Haspel ötən ay Ankaraya səfəri zamanı belə bir səsyazısının mövcudluğunun “anonsunu” verib.

“Reuters” Türkiyədən bir rəsmilə əlaqə saxlayıb, o, belə bir səsyazısı barədə məlumatı olmadığnı deyib.

Agentliyin yaydığı digər xəbərə görə, Türkiyə Prezidenti Recep Tayyip Erdogan Argentinada Böyük 20-liyin sammiti zamanı Muhammad bin Salmanla görüşməyəcək. Bu barədə “A Haber” məlumat yayıb.

Bundan öncə Anadolu dövlət xəbər agentliyi prezidentin sözçüsü İbrahim Kalinə istinadla belə bir görüşün baş tuta biləcəyini bildirmişdi. “Proqramı nəzərdən keçiririk. Ola bilər”, – sözçü demişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG