Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:46

Keçmiş bankirə ömürlük həbs istənilib


Mukhtar Ablyazov

Qazaxıstanda dövlət ittihamçısı keçmiş bankir Mukhtar Ablyazova ömürlük həbs cəzası istəyib. O, 2004-cü ildə BankTuranAlem (BTA) sədri Yerzhan Tatishev-in qətlinin təşkilində ittiham olunur.

Qazaxıstanın BTA bankının keçmiş sədri Ablyazov xaricdə yaşayır, Prezident Nursultan Nazarbaev-in tənqidçisidir. O, Qazaxıstanda, Rusiya və Ukraynada 5 milyard dolların mənimsənilməsində şübhəli bilinərək axtarılır.

Biznesmen Muratkhan Toqmadi Tatishev-i öldürməkdə təqsirli bilinərək mart ayında 10 il yarım həbs cəzasına məhkum edilib. O, Tatishev-i 2004-cü ildə ov zamanı öldürdüyünü boynuna alıb, amma bunu Ablyazov-un göstərişi ilə etdiyini deyib.

Tatishev-in ölümündən sonra Ablyazov bankın sədrliyinə keçib.

O, 2009-cu ildən xaricdə yaşayır, mənimsəmə ittihamlarını rədd edir, onları siyasi motivli adlandırır. Tatishev-in ölümünü sifariş etməsinə dair deyilənləri isə “yalan” hesab edir.

Qazaxıstanın Jambul regionundakı Taraz məhkəməsi noyabrın 27-də Ablyazova cəzanı elan edəcək.

Son illər Qazaxıstandan bir neçə siyasətçi və fəal təhlükəsizlik sarıdan qorxduğunu əsas gətirərək qaçıb. İnsan haqları qrupları Nazarbaev-in narazıları susdurmaq, potensial opponentləri zərərsizləşdirmək üçün sistematik addımlar atdığını bildirirlər.

XS
SM
MD
LG