Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:38

Bakıda yağış, dağlıq rayonlarda qar gözlənir


Yağış

Noyabrın 23-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənir.

Şimal-şərq küləyinin əsəcəyi, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti proqnozlaşdırılır.

Noyabrın 23-də Azərbaycanın rayonlarında da yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG