Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:30

Maşın məktəblilərin üstünə sürüb, 5 nəfər ölüb


Arxiv fotosu

Çinin şimal-şərqində ibtidai məktəbin qabağında maşını uşaqların üstünə sürən sürücü saxlanıb. Hadisə zamanı azı 5 nəfər ölüb, 18 nəfər yaralanıb. Xəbəri dövlət mediası noyabrın 22-də yayıb.

İnsident Liaoninq vilayətinin Huludao şəhərində baş verib.

“Reuters” polisdən, yaxud yerli rəsmilərdən məlumat ala bilməyib, sürücünü bu hərəkətə nəyin təhrik etdiyi də bəlli deyil.

Sosial mediada yayılmış təsdiqlənməmiş videolarda maşının yolun əks tərəfində, uşaqların cərgəsi üzərinə sürüldüyü görünür.

Çində ağır maşın qəzaları çox yayılıb. Nəqliyyat rəsmiləri təhlükəsizlik qaydalarına əməl olunması üçün mübarizə aparırlar.

Bu ayın əvvəlində Çongqinq vilayətində sürücü sərnişinlə dalaşdığından avtobus körpüdən aşıb, azı 13 nəfər həlak olub.

XS
SM
MD
LG