Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 18:55

Nazirlik şadlıq evlərini məhkəməyə verib


Şadlıq evi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda 20-yə qədər obyektin bağlanması ilə bağlı məhkəməyə müraciət edib.

«Turan» agentliyinin xəbərinə görə, nazirlik bildirir ki, bir sıra iaşə obyektləri müasir standartlara cavab verən təmizləyici qurğular quraşdırmayaraq ətraf mühiti çirkləndirməkdə davam edirlər.

Nazirliyin məlumatına görə, bu məsələ ilə bağlı bütün obyektlərə 6 ay vaxt verilsə də, onlardan yalnız 90 obyektdə təmizləyici qurğu quraşdırılıb.

ETSN vurğulayır ki, xəbərdarlığa məhəl qoymadıqlarına görə 64 obyekt cərimə olunub, cəriməni ödəməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması istiqamətində iş aparılır.

Nazirlikdən bağlanılmasından ötrü müraciət edilən bəzi şadlıq evlərinin adları da çəkilib. Ancaq, hələlik, həmin obyektlərdən bu məsələyə münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG