Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:23

GRU rəhbəri vəfat edib


Igor Korobov

Rusiyanın GRU hərbi kəşfiyyat agentliyinin rəhbəri Igor Korobov “uzun sürən ağır xəstəlik”dən dünyasını dəyişib. Bu haqda noyabrın 21-də Rusiya mediası müdafiə nazirliyinə istinadla yazıb. Nazirlik ölüm barədə detalları açıqlamayıb.

Nazirlik agentliyə 2016-cı ildən rəhbərlik etmiş 62 yaşlı Korobov-u “gözəl insan, Rusiyanın sadiq oğlu və vətənpərvər” adlandırıb.

Qərb GRU-nu bir sıra hücumlarda ittiham edir. Məsələn, Britaniya rusiyalı keçmiş casus Sergei Skripal və qızının İngiltərənin Solsberi şəhərində sinir qazıyla zəhərlənməsində bu qurumun əli olduğunu bildirir.

Niderland iddia edir ki, agentlik qlobal kimyəvi silahlara nəzarət agentliyinə haker hücumuna cəhd edib.

ABŞ kəşfiyyat agentlikləri 2016-cı ildə prezident seçkilərinə haker hücumu cəhdlərinin arxasında GRU-nun durduğunu bildirir.

Rusiya bütün bu ittihamları rədd edir.

Korobov və GRU-nun digər zabitləri Birləşmiş Ştatların sanksiyaları altındaydı. Bu sanksiyalar “Rusiya hökuməti adından kibertəhlükəsizliyə zərbə vuran” fəaliyyətə görə qoyulub.

XS
SM
MD
LG