Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:31

Türkiyə: "ABŞ jurnalisti Səudiyyənin qətlə yetirməsinə göz yumur"


Jamal Khashoggi üçün İstanbulda keçirilən simvolik dəfn mərasimi
Jamal Khashoggi üçün İstanbulda keçirilən simvolik dəfn mərasimi

Türkiyə Birləşmiş Ştatları səudiyyəli jurnalist Jamal Khashoggi-nin İstanbuldakı konsulluqda qətlə yetirilməsinə göz yummaqda suçlayıb, Prezident Donald Trump-ın dediklərini “gülməli” adlandırıb.

Trump dünən – noyabrın 20-də deyib ki, Səudiyyə Ərəbistanının “dönməz tərəfdaşı” olaraq qalır. Onu da əlavə edib ki, vəliəhd şahzadə Mohammed bin Salmanın qətl planından xəbəri ola bilərdi.

Şahzadənin qətldə əli olmasının mümkünlüyünə gəlincə, Trump “ola da bilər, olmaya da” deyib. Bu sözlər Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gəldiyi qənaətə ziddir. MKİ jurnalistin ölümünü birbaşa vəliəhd şahzadənin sifariş etdiyinə inanır.

“PİŞİYİN RƏNGİNİ DƏ BİLƏN MKİ...”

Prezident Recep Tayyip Erdoganın AK Partiyasının sədr müavini Numan Kurtulmus Trump-ın dediklərini rədd edib. “Dünənki bəyanat gülməlidir”, – o, TRT Haber dövlət televiziyasına söyləyib.

​“Səudiyyə konsulluğunun ətrafındakı bağda gəzişən pişiyin dərisinin rəngini də bilən MKİ kimi kəşfiyyat agentliyinin... bu sifarişi kimin verdiyini bilməməsi mümkün deyil. Bu, nə ABŞ-da, nə də dünyada ictimai rəy üçün etibarlı mövqe deyil”, – o söyləyib.

Jurnalist İstanbuldakı konsulluqda oktyabrın 2-də qətlə yetirilib. Türkiyə dəfələrlə deyib ki, sifariş Səudiyyə hökumətinin “ən yüksək səviyyəsi”ndən gəlib, amma birbaşa Şahzadə Mohammed ittiham olunmayıb.

Səudiyyə Ərəbistanı qətli vəliəhd şahzadənin sifariş etməsini təkzib edib. Saysız ziddiyyətli bəyanatlardan sonra ər-Riyad ötən həftə bəyan etdi ki, Khashoggi-ni Səudiyyəyə qayıtmaq üçün dilə tutan “danışıqlar” alınmayınca, o öldürülüb, bədəni hissələrə bölünüb.

Vaşinqtonda ABŞ dövlət katibi Mike Pompeo ilə görüşdən sonra Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu deyib ki, Ankara bu işlə bağlı Səudiyyə Ərəbistanıyla əməkdaşlığın səviyyəsindən razı deyil.

Cavusoglu qeyd edib ki, ər-Riyadla əlaqələr nəticəsiz qalsa, BMT-dən rəsmi təhqiqat aparmağı istəyəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG