Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:56

Əcnəbi velosipedçilərin ölümünə görə ömürlük həbs cəzası kəsildi


Husein Abdusamadov
Husein Abdusamadov

İyulda Tacikistanda dörd əcnəbi velosipedçinin ölümünə görə əsas şübhəliyə ölüm cəzası kəsilib. O, “aşırı zorakılıqla qətl” və digər cinayətlərdə təqsirli bilinib. Məlumatı qapalı məhkəmədə iştirak edənlər veriblər.

AzadlıqRadiosu-nun tacik xidməti 15 təqsirləndirilənin mühakimə olunduğu məhkəmədən öyrənib ki, Husein Abdusamadov 9 maddə üzrə təqsirli bilinib. İttihamlara terrorçuluq, dini ekstremizm, qanunsuz yaraqlı fəaliyyətinə üzv toplamaq daxildir.

CİNAYƏT BARƏDƏ XƏBƏR VERMƏYİBLƏR

Təqsirləndirilənlərdən ikisi – Karomatullo GhanievBehruz Safoev kriminal qrup və ekstremist təşkilata üzvlükdə təqsirli bilinərək hərəsi 16 illik həbsə məhkum ediliblər. Qalan 12 təqsirləndirilən cinayət barədə xəbər verməməyə görə 12-18 aylıq həbs cəzalarına məhkum olunublar.

Velosipedçilər hücumdan öncə
Velosipedçilər hücumdan öncə

Yeganə qadın təqsirləndirilən olan Bahriniso Haidarova isə cəzasını uşağı balaca olduğuna görə sonra çəkəcək.

Dörd əcnəbi velosipedçi iyulun 29-da bıçaqlanaraq öldürülüblər. İki velosipedçi salamat qalıb.

Abdusamadov hücuma görə əsas şübhəlidir, digərləri əməliyyat zamanı təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Tacikistanda ölüm cəzası ləğv olunub.

Hücuma görə məsuliyyəti İslam Dövləti silahlı qruplaşması götürsə də, Tacikistan hökuməti bu iddianı rədd edib, Tacikistan İslamçı Dirçəliş Partiyasını günahlandırıb. Bu partiya 2015-ci ildə avtoritar prezident Emomali Rahmon hökuməti tərəfindən qadağan olunub.

Vaxtilə bir neçə il hökumətdə xidmət etmiş partiya rəhbərliyi isə hücumda əli olmadığını bildirib, hakimiyyətin iddiasını “həyasız və məntiqsiz böhtan” adlandırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG