Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:47

Azərbaycan Kosovo ilə həlledici oyuna çıxır


UEFA Millətlər Liqası

Bu gün, noyabrın 20-də UEFA Millətlər Liqasının D Liqasinda sonuncu 6-cı turun oyunları olacaq. Azərbaycan səfərdə Kosovo yığması ilə qarşılaşacaq.

Hazırda hesabında 8 xal olan Azərbaycan millisi qrupda 2-ci pillədə yer alır. Növbəti mərhələyə yüksəlməkdən və qrupda lider olmaqdan ötrü Azərbaycan millisi səfərdə mütləq qələbə qazanmalıdır.

Kosovo millisi isə 11 xalla birinci pillədə qərarlaşıb. Onlara bu oyunda bərabərlik də kifayət edir.

Azərbaycan-Kosovo oyunu saat 23:45-də Priştinada keçiriləcək.

Görüşü fransalı hakimlər briqadası idarə edəcək.

Qrupda bu iki yığma arasında Bakıda ilk oyun bərabərliklə başa çatmışdı.

Bu qrupda Azərbaycan və Kosovodan başqa Malta və Farer adaları da yer alır.

Xatırlatma

UEFA Millətlər Liqası birinci dəfədir ki, təşkil edilir. Bu liqa, əsasən, UEFA bayrağı altında keçirilən yoldaşlıq oyunlarını əvəz edir. Amma xüsusi əhəmiyyət də kəsb edir: 2020-ci il Avropa Çempionatında iştirak edəcək 24 yığmadan 4-ü UEFA Millətlər Liqasında müəyyənləşməlidir. Hər liqanın qalibi Avropa Çempionatı (AÇ) -2020-yə vəsiqə qazanacaq. Daha 20 vəsiqə isə 2019-cu ilin martında başlayacaq AÇ-2020 seçmə mərhələsində əldə ediləcək.

Azərbaycan yığması D Liqasının III qrupunda yer alır.

Multimedia

XS
SM
MD
LG