Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Hakim Trump-ın miqrantlarla bağlı göstərişini blokladı


Miqrant karvanı Meksikada
Miqrant karvanı Meksikada

Bazar ertəsi ABŞ-da hakim Prezident Donald Trump-ın Meksikadan ölkəyə qanunsuz daxil olan mühacirlərə sığınacaq verilməsini qadağan edən göstərişinə müvəqqəti əngəlləyib. Bu, Trump-ın immiqrasiya siyasətinin məhkəmədə daha bir məğlubiyyətidir.

San Fransiskoda dairə hakimi Jon Tigar sığınacaq qaydalarını müvəqqəti məhdudlaşdıran qərar çıxarıb. Bu qırar ölkə boyunca dərhal qüvvəyə minir və dekabrın 19-dək qüvvədə olacaq. Həmin gün növbəti prosesdə daha uzunmüddətli qərar çıxarılacaq.

“Reuters” Ədliyyə Departamentindən şərh ala bilməyib.

“PREZİDENT QANUNLARI YENİDƏN YAZA BİLMƏZ”

Trump bu günlərdə bildirdi ki, immiqrasiya sistemi həddən artıq yüklənib və rəsmilər ancaq ölkəyə rəsmi şəkildə daxil olmuş şəxslərin sığınacaq üçün müraciətlərinə baxsın. İnsan haqları qrupları isə noyabrın 9-da verilmiş sərəncamın administrativ və immiqrasiya qanunlarını pozduğunu bildirir.

Donald Trump
Donald Trump

Tigar qərarında yazır ki, Konqres mühacirlərin ölkəyə necə girməsindən asılı olmayaraq sığınacaq üçün müraciət etməsinə icazə verir. Hakim son qaydaları öncəki praktikadan “aşırı uzaqlaşma” adlandırıb.

“Prezidentin səlahiyyət miqyasından asılı olmayaraq, o, Konqresin aydın şəkildə qadağan etdiyi şərti irəli sürməklə immiqrasiya qanunlarını yenidən yaza bilməz”, – Tigar yazır.

Onun hakimliyə namizədliyini Prezident Barack Obama verib.

Trump-ın daha öncəki immiqrasiya qaydalarını da məhkəmələr önləyib.

Bu qərarın verildiyi bir dönəmdə Mərkəzi Amerikadan minlərlə adam, xeyli sayda uşaqlar daxil olmaqla, Birləşmiş Ştatların sərhədinə doğru yol alıb. Onlar öz ölkələrində zorakılıq və yoxsulluqdan qaçdıqlarını bildirirlər. Artıq karvanın bir hissəsi Meksikanın Kaliforniya ilə sərhədinə çatıb.

İnsan haqları qruplarının bildirməsinə görə, mühacirləri sərhəddə günlərlə, həftələrlə gözlədirlər. Administrasiyanın rəsmi limanlarda qeydiyyat vaxtını bilərəkdən uzatmasına dair iddialar var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG